Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Şoyqunun bəyanatı Azərbaycan və Ermənistana təzyiq xarakteri daşıyır...

Rusiyanın müdafiə naziri bildirib ki, Qərb Qarabağda sülhməramlı missiyanın siyasətinə müdaxilə edir...

Siyasi-şərhçi: “Qərb ölkələrinin Qarabağdakı nə seperatçılara, nə də ümumiyyətlə, Qarabağ regionuna heç bir təsiri yoxdur”.

“Əslində, bu Azərbaycana qarşı yönəlmiş bir bəyanatdır. Rusiya demək istəyir ki, guya Qərb ölkələri Azərbaycanın əli ilə bu prosesi pozmağa çalışır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyanın müdafiə nazirinin son bəyanatını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın müdafiə naziri bu barədə Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib ki, Qərb Qarabağda sülhməramlı missiyanın siyasətinə müdaxilə edir. Şoyqu həmçinin qeyd edib ki, Qərb ölkələri Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Nümunə olaraq Rusiyanın müdafiə naziri Aİ-nin Ermənistanda yerləşdirilən missiyasını da misal çəkib və vurğulayıb ki, KTMT öz missiyasını Ermənistanda yerləşdirməlidir.

Şoyqunun səsləndirdiyi bu fikirləri necə dəyərləndirmək və bu fikirlər onu deməyə əsas verirmi ki, Moskva bölgədə gedən sülh prosesindən son dərəcə narahatdır?

Rusiyanın Qarabağla bağlı yeni planını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Şoyqu demir ki, Azərbaycanın sülhməramlı deyilən həmin o işğalçı kontingentə münasibətinin kökündə onların seperatçılarla əməldaşlığı, seperatçıları silahla təhciz etməsi, onlara təlimlər keçməsi və ümumiyyətlə, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl etməməsi dayanır”.

Ermənistanla Rusiya arasında təhlükəsizliyə dair 49 illik müqavilənin imzalandığını xatırladan ekspert Poliqon-a bildirib ki, əgər Şoyqu o müqaviləyə görə narahatdırsa, onu Ermənistanla həll etməlidirlər:

“Şoyqunun bu bəyanatı Azərbaycan-Ermənistan-Rusiya liderlərinin görüşü ərəfəsində verməsi təsadüfi deyildi. Çünki görüşdə Rusiyanın özünün sülh təklifini və ya guya sülh təklifini tərəflərə qəbul etdirməyə çalışırdı. Bu bəyanat da tərəflərə təzyiq xarakteri daşıyır.

Şoyqu iddia edir ki, guya Qərb ölkələri Qarabağda sülhməramlı missiyanın siyasətinə müdaxilə edirlər. Bu nədə özünü göstərə bilər? Qərb ölkələrinin Qarabağdakı nə seperatçılara, nə də ümumiyyətlə, Qarabağ regionuna heç bir təsiri yoxdur. Əslində, bu Azərbaycana qarşı yönəlmiş bir bəyanatdır. Rusiya demək istəyir ki, guya Qərb ölkələri Azərbaycanın əli ilə bu prosesi pozmağa çalışır. Amma demir ki, Azərbaycanın sülhməramlı deyilən həmin o işğalçı kontingentə münasibətinin kökündə onların seperatçılarla əməldaşlığı, seperatçıları silahla təhciz etməsi, onlara təlimlər keçməsi və ümumiyyətlə, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl etməməsi dayanır.

Şoyqu bütün bunların üzərində keçməklə ittiham edir və eyham vurur ki, guya bunu Azərbaycanın əli ilə edir. Niyə bu mesaj Azərbaycana ünvanlandı? Çünki Ermənistan rəsmi şəkildə Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bəyan edib.

Qərb ölkələrinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir var. Bunu heç kim danmır. Qərb ölkələri bunu deməsələr də, böyük geosiyasi mübarizə gedir. Dünya düzəninin yenidən qurulması prosesi başlayıb. Təbii ki, bütün regionlar uğrunda mübarizə gedir. O cümlədən də, geosiyasi əhəmiyyəti kifayət qədər olan Cənubi Qafqaz regionunu uğrunda da mübarizə gedir.

Ərəstun Oruclu: “Qərb ölkələrinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir var. Bunu heç kim danmır”.

Qərb ölkələri Rusiyanı haradan çıxarmaq istəyir? Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda harada təmsil olunub? Rusiya Cənubi Qafqazda iki yerdə təmsil olunub.

1. Ermənistanda hərbi bazaları ilə. Əsasən də Gümrüdəki 102-ci hərbi bazası ilə;

2. Azərbaycan ərazisində seperatçılarla tərəfdaşlıq edən qanunsuz sülhməramlıları ilə.

Bildiyimiz kimi Ermənistanla Rusiya arasında təhlükəsizliyə dair 49 illik müqavilə imzalanıb. Əgər Şoyqu o müqaviləyə görə narahatdırsa, onu Ermənistanla həll etməlidirlər. Qərb öz maraqlarını, Rusiya da öz maraqlarını həyata keçirir. Buna görə də düşünürəm ki, Şoyqunun bu bəyanatı heç bir əhəmiyyət daşımır.

Əgər Avropa Birliyinin 150-200 silahsız müşahidəçisi sərhəddə yerləşdirilibsə, bu da Rusiyanın regiondan çıxarılmasıdırsa, o Moskva nə gündədir. Sadəcə olaraq, Rusiya sülh prosesindən narahatdır. Rusiya Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasını istəmir. Çünki iki ölkə arasındakı konflikt daimi Rusiyanın marağına xidmət edir. Rusiya 200 ildir Azərbaycanla Ermənistan arasında konflikt yaratmaq, onu qızışdırmaq, onu idarə etmək vasitəsilə regionda öz mövcudluğunu saxlayır. İndi də bu silah onun əlindən çıxmağa başlayır. Moskvanın narahatlığı da bununla bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar