Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal muzeyində 28 may-Müstəqillik gününə həsr olunan tədbir-sərgi keçirilib

26 may 2023-cü il tarixində Azərbaycan İstiqlal muzeyində 28 may-Müstəqillik gününə həsr olunan tədbir-sərgi keçirilib...

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki rəsmi dövlət qəzeti “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru olmuş, görkəmli jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimdən bəhs edən və onun yazılarının toplandığı “İstiqlal yazıları” kitabının təqdimat mərasimi və nəvəsi Lalə Nəcəfovanın Azərbaycan İstiqlal muzeyinə təhvil verdiyi 44 ədəd foto və sənədlər ibarət sərgi təşkil edilib.

Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan görkəmli publisist-jurnalist Xəlil İbrahimdən bəhs olunan “İstiqlal yazıları” kitabı müxtəlif illərdə yayılmış məqalələrin toplusudur. Qeyd edək ki, əməkdar jurnalist Akif Aşırlının redaktoru olduğu "İstiqlal yazıları" adlı kitabda tərcümələrin hazırlanmasında Azərbaycan qəzetini transliterasiya edən filoloq Azad Ağaoğlu iştirak edib.
Sonda tədbir iştirakçıları Xəlil İbrahimə məxsus fotoşəkil, əlyazma və sənədlərin nümayiş olunduğu sərgi ilə tanış olublar.

Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Fotolar

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar