İran-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
APA xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
Nimruz sərhəd bölgəsində başlayan silahlı qarşıdurmanın qısa müddətdə genişləndiyi və hər iki tərəfin silahlı qüvvələrinin bir-birlərinin mövqelərini atəşə tutduğu bildirilir.
Atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər.
Münaqişənin səbəbi hələlik məlum deyil.
Poliqon.info