Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dnestryanı münaqişəsi - Ukrayna müharibəsi Moldavanın yararına işləyir...

Ukraynadakı müharibə Moldovaya Dnestryanı üzərində nəzarəti bərpa etmək imkanı verib...

Ukrayna ilə sərhədin bağlanması Dnestryanı bölgənin Avropa ölkələri ilə ticarətdən asılılığını artırıb.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri analitiklərə və rəsmilərə istinadən məlumat yayıb. Nəşr yazır ki, bu vəziyyət Moldovadan qoparaq Moskvanın nəzarəti altında olan regionun geri qaytarılması üçün ilkin şərtlər yaradıb və hazırkı yaranamış şərait Moskva üçün həssas geosiyasi məğlubiyyətə çevrilə bilər.

Moldovanın “WatchDog.md” analitik mərkəzinin rəhbəri Valeri Paşa deyib bunula bağlı FT-yə deyib ki, Dnestryanıdakı münaqişənin və separatizmin Ukraynadakı müharibə ilə başa çatması ehtimalı barədə ümumi konsensus var.

Analitiklərin fikrincə, münaqişənin həllinin açarı Moldova hakimiyyəti ilə Dnestryanı iqtisadiyyatınsn əhəmiyyətli hissəsinə nəzarət edən “Şerif” konqlomeratının sahibləri arasında razılaşma ola bilər. Dnestryanı iqtisadiyyat, FT-yə görə, “Qazprom”dan pulsuz qaz tədarükündən asılıdır. Bu, Dnestryanı hakimiyyət orqanlarına kommunal ödənişləri aşağı səviyyədə saxlamağa, pensiyaları Moldovanın digər bölgələrinə nisbətən daha yüksək səviyyədə ödəməyə və bütün Moldovanı elektrik enerjisi ilə təmin edən elektrik stansiyası işlətməyə imkan verir.

“Onların mükəmməl biznes modeli var. Onların pulsuz qazı var və separatçılar bu qazı Moldovaya valyuta ilə satırlar. Onların istədiyi yeganə şey status-kvonu saxlamaqdır”, deyə Moldova Baş nazirinin reinteqrasiya üzrə keçmiş müavini Aleksandr Flenkiya bildirib.

“Bununla belə, mövcud vəziyyətin qorunub saxlanmasına artıq zəmanət verilmir. Kişinyov energetika sektorunda Dnestryanıdan asılılığı azaltmaq planlarını sürətləndirir ki, bu da ekspertlərin fikrincə, tanınmamış respublikanın iqtisadiyyatına ciddi zərbə vura bilər”, deyə Flenkiya bildirib.

Ğz növbəsində Paşa qeyd edib ki, kritik dönüş nöqtəsi ötən il Ukraynanın Dnestryanı ilə sərhədini bağlaması ilə baş verib. Bu, rəsmi ticarəti, eləcə də qaçaqmalçılığı dayandırıb ki, bu da öz növbəsində tanınmamış respublikanın Aİ-yə ixracatdan asılılığını artırıb.

“Qaçaqmalçılıq Tiraspoldakı elita və onların Moldova və Ukraynadakı vasitəçiləri üçün çox mühüm gəlir mənbəyidir. Bu, uzun illər işlədi, lakin indi Dnestryanı bölgə Aİ-dən çox asılıdır. Artıq Dnestryanı İxracının 70 faizi Aİ-yə bağlıdır”, deyə Paşa qeyd edib.

Karneqi Fondunun Avropa Mərkəzinin baş elmi işçisi Tomas de Vaal bildirib ki, Dnestryanıda “iqtisadi çöküş” şansı təhlükəsizlik böhranından qat-qat yüksəkdir. O, qeyd edir ki, Moskva həmişə separat bölgədə baş verənlərlə maraqlanıb, lakin digər regional mübahisələrdən kritik fərq Rusiyanın Dnestryanı ilə sərhədinin olmaması idi.

“Dnestryanı rəhbərliyi əvvəllər açıq şəkildə bəyan edib ki, onlar Rusiya ilə Avropa arasında balans istəyir. Lakin bu tarazlıq qeyri-davamlı olur”, deyə de Vaal əlavə edib.

Eyni zamanda, Moldova hökuməti hələ də gözləmə mövqeyi tutur. Kişinyov ümid edir ki, Aİ-yə namizəd statusu Dnestryanı üçün reinteqrasiyanı daha cəlbedici edəcək və iqtisadi dividendlər gətirəcək. Bununla yanaşı, ölkə hakimiyyəti separatçı regionla birləşmənin Aİ-yə daxil olmaq üçün ilkin şərt olmasını istəmir.

“Biz ümid edirik ki, yaxın gələcəkdə münaqişənin həlli üçün geosiyasi imkanımız olacaq. Amma biz bunu Avropa İttifaqına daxil olmaq üçün əsas problem hesab etməməliyik”, deyə Moldova Prezidenti Maia Sandu FT-yə bildirib.

Flenkiya münaqişənin mümkün qədər tez həll olunmasının tərəfdarıdır:

“Mesaj belə olmalıdır: seçiminiz çox deyil; tükənəcəksiniz, pulsuz rus qazını da unudun Amma sizin qanuni biznesiniz var və onu xilas edib qanuniləşdirə bilərsiniz, ancaq bunun yeganə yolu Moldovanın bir hissəsi olmaqdır”.

Eyni zamanda, Kişinyov iqtisadiyyatdakı problemləri əsas gətirərək çox sürətli birləşmədən qorxur. Adının çəkilməsini istəməyən məmurlardan biri FT-yə deyib ki, Moldova hökuməti rusiyayönlü seçicilərin xeyli hissəsini seçkilərdə iştirakından ehtiyat edir və bunu Moldava dövlətçiliyi üçün təhlükə hesab edir: ““Rus dünyası”ndan seçicilərin 15 faizini istənilən demokratiyaya əlavə edin və görün nə baş verir”, deyə moldavalı məmur qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar