Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqası: Bu gün 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək

Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq...

Bu gün UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

“Report”un məlumatına görə, İspaniya klubu “Sevilya” ilə İtaliya təmsilçisi “Roma” arasında final oyunu keçiriləcək.

Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq.

Turnirin rekordçusu olan ispanlar indiyə qədər keçirdikləri 6 həlledici matçın hamısında qalib gəlməyi bacarıblar. İtaliya komandası isə yalnız 1991-ci ildə finala çıxıb və həlledici dueldə ölkənin digər iştirakçısı “İnter”ə məğlub olub. Yəni, “canavarlar” tarixində ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

Hər iki komanda daxili birincilikdə ilk “dördlüy”ə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki qalib gələcək komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcək. Belədə həmin klubun təmsil etdiyi ölkənin 5 komandası 2023/2024 mövsümündə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.

UEFA Avropa Liqası

31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”

Poliqon.info


Etiket: Avropa Liqası


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar