Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya may ayında Ukraynaya 1,7 milyard dollarlıq raket və PUA atıb

May ayında Rusiya Ukrayna ərazisinə ümumi dəyəri təxminən 1,7 milyard dollar olan 500-dən çox raket və kamikadze PUA atıb...

Poliqon xəbər verir ki, bu hesablamanı “Kyiv Post”un jurnalistləri aparıb. Nəşr yazır ki, bu raketlərin və PUA-ların demək olar ki, 90%-i Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirib.

Nəşr Ukrayna Baş Qərargahının rəsmi hesabatlarına əsaslanaraq, bir ay ərzində Rusiyanın ölkə səmasında “Şahed-136” tipli 401 kamikadze pilotsuz uçan aparatı atdığını, onlardan 362-nin və ya 90%-dən çoxunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu hesablayıb.

Belə bir dronun qiyməti təxminən 20.000 dollardır, buna görə də onların istifadəsi Rusiyaya ən azı 8 milyon dollara başa gəlib.

Rusiya həmçinin Ukraynaya qarşı bir neçə növ hava, dəniz və quru raketlərindən istifadə edib:

“X-101-555” raketləri - 114 buraxılış, 106-sı vurulub (93%), təxmini dəyəri 1,48 milyard dollar;

“Kalibr” raketləri - 29 buraxılış, 26-sı məhv edilib (90%), təxmini dəyəri 155 milyon dollar;

“Xəncər” raketləri - 7 buraxılış, 7-si də məhv edilib (100%), təxmini dəyəri 28 milyon dollar;

“İsgəndər” və S-400 raketləri - 16 buraxılış, 16-sı da məhv edilib (100%), təxmini dəyəri 48 milyon dollar;

“X-22” raketləri - 5 buraxılış, 5-i də məhv edilib (100%), təxmini dəyəri 5 milyon dollar;

“S-300” raketləri - 12 buraxılış, 5-u məhv edilib (40%), təxmini dəyəri 5 milyon dollar;

Digər idarə olunmayan raketlər - 7 buraxılış, 7-si də məhv edilib (100%), dəyəri bilinmir.

Nəşr qeyd edir ki, “Şahed”in ən kütləvi hücumları mayın 27-28-də Rusiyanın Ukrayna səmasında 54 pilotsuz uçan aparatı atdığı vaxt olub və bunun da 96,3%-i vurulub. Mayın 28-29-da ümumilikdə 86 raket və pilotsuz uçan aparat atılıb ki, bunun da 89,5%-i məhv edilib.

Poliqon.info


Etiket: Rusiya Ukrayna Raket


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar