Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yer üzərindəki cəhənnəm: Dünyanın ən qorxunc həbsxanası - Fotolar

Məhkumlar 100-dən çox məhbus üçün cəmi 2 tualet olan kameralarda qalırlar...

Uzun illər cinayətkar qrupların yaratdığı zorakılıq dalğasının öhdəsindən gəlməyə çalışan Mərkəzi Amerika ölkəsi El Salvador ötən aylarda yeni açılan nəhəng həbsxananın görüntülərini media ilə paylaşaraq, minlərlə məhbusun bura köçürüldüyünü açıqlayıb.

Poliqon Türkiyənin “Huriyyet” qəzetinə istinadən xəbər verir ki, yarıçılpaq, ayaqyalın və əlləri qandallı məhbusların görüntüləri dünyada böyük əks-səda doğursa da, mütəxəssisləri narahat edən əsas məsələ ölkədəki terror probleminin kökündə dayanan “MS-13” və “Barrio 18” kimi düşmən dəstə üzvlərinin eyni həbsxanada saxlanılmasıdır.

Minlərlə banda üzvünün eyni dam altında toplanmasının həbsxanada yeni zorakılıq dalğasına səbəb olub-olmayacağı müzakirə edilir, ekspertlər kompleksdə qətl və üsyan ehtimalının yüksək olduğunu və buranın “qan gölünə” dönə biləcəyini proqnozlaşdırır.

Dünən beynəlxalq mediada əksini tapan xəbərlərdə ekspertlərin narahatlığının reallığa çevrildiyi görünür. “Cristosal” insan hüquqları təşkilatının hesabatına görə, mart ayında həbsxanaya köçürülən ən azı 153 nəfər dövlət nəzarətində olarkən ölüb.

Ölənlərdən yalnız 4-nün qadın, qalanlarının isə kişi olduğu, bəzi məhbusların ölümündə qida çatışmazlığı əlamətlərinin olduğu bildirilir.

Hökumət məhbuslar arasında ölənlərin sayını rəsmi açıqlamasa da, dövlət kanalında yayımlanan fotolarda məhbusların saxlanma şəraiti açıq-aydın görünür.

Məhkumlar 100-dən çox məhbus üçün cəmi 2 tualet olan kameralarda qalırlar. Məhkumların saxladıqları kamerada yaşayış sahəsi bir kvadratmetrdən azdır, onların döşəkləri və açıq yerləri yoxdur.

İnsan haqları təşkilatları məhbusların sistematik şəkildə döyüldüyünü və zorakılığa məruz qaldığını iddia edir.

İnsan haqları və beynəlxalq təşkilatlar El Salvador administrasiyasının bu addımını pisləsələr və lazımi tədbirlərin görülməsini tələb etsələr də, ölkə prezidenti Nayib Bukele terrorla mübarizədə ictimaiyyətin tam dəstəyinə sahibdir və geri addım atmaq istəmir.

Paytaxt San Salvadordan 74 km cənub-şərqdə, Tekolukada yerləşən yeni həbsxana təxminən 5 metr hündürlükdə beton divar və elektrik naqili hasarlarla əhatə olunub.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ən çox oxunanalar