Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haaqa Tribunalından qaçış: BRICS CAR-dan Çinə köçürülə bilər

BRİCS sammiti Cənubi Afrikadan Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanımayan Çinə köçürülə bilər...

Poliqon xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Cənubi Afrika hakimiyyəti BCM-nin Rusiya prezidenti Vladimir Putinin həbsilə bağlı qərarına görə müzakirələrdən belə yayınmaq istəyir.

"Cənubi Afrika rəsmilərinin prezident Siril Ramafosanı sammiti Çinə köçürməyə razı salmağa çalışır". Bunu isə "The Daily Telegraph" yazıb.

Qəzetin mənbələri bunun həm də BCM-nin qərarı ilə bağlı olduğunu bildiriblər.

Martın 17-də BCM Vladimir Putinin həbsinə order verib. Məhkəmə müəyyən edib ki, Vladimir Putin uşaqların qanunsuz deportasiyası ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Aprel ayında Cənubi Afrika hakimiyyəti onu BRİCS sammitinə dəvət etmişdi. Eyni zamanda, Cənubi Afrika BCM-nin yurisdiksiyasına tabedir və məhkəmənin işdə şübhəli hesab etdiyi şəxsləri həbs etməyə borcludur.

Cənubi Afrika hakimiyyəti Rusiya ilə məsləhətləşmələrə söz verib. Mayın 12-də Vladimir Putin CAR prezidenti Siril Ramafosa ilə telefonla danışıb. Onlar BRİCS sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar