Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderland Ukrayna üçün onlarla “Leopard 1” tankları almağı planlaşdırır...

Niderland hakimiyyəti İsveçrə şirkətindən tanklar almağı planlaşdırır, lakin belə bir sövdələşmə üçün İsveçrə hökumətinin təsdiqi tələb olunacaq...

Poliqon xəbər verir ki, Qərb mediası Niderlandın Ukraynaya vermək üçün onlarla “Leopard 1” tankları almaq istədiyini yazıb.

Xatırladaq ki, alman “Leopard 1” tankları 1965 - 1984-cü illərdə istehsal edilib. Onlar 2010-cu ilə qədər Bundesverin istismarında olub və bundan sonra “Leopard 2” tankları ilə əvəz olunub. “Leopard 1” tankları hələ də bir sıra ölkələrin ordusunun arsenalında yer almaqdadır.

May ayında İsveçrə Federal Assambleyasının (Parlament) Dövlətlər Şurasının komissiyası konfederasiyada istehsal olunan hərbi texnikaya ixrac nəzarətinin zəiflədilməsinin tərəfdarı olub. İsveçrə mətbuatının yazdığına görə, söhbət üçüncü ölkələrə belə silahların təkrar ixracına icazə verilməsindən gedir.

İsveçrə parlamentinin digər palatasının - Milli Şuranın təhlükəsizlik məsələləri üzrə analoji komissiyası hələ bu ilin yanvarında eyni mövqeyi bildirmişdi.

Bununla belə, Kantonlar Şurasının Təhlükəsizlik Komitəsinin rəhbəri Verner Zaltsman bildirib ki, onlar parlament belə bir qərar versə də, 2024-cü ilin martına qədər bu qərar qüvvəyə minməyəcək.

İsveçrə mediası qeyd edir ki, əvvəllər Almaniya, Danimarka, İspaniya da daxil olmaqla bir sıra Avropa ölkələri İsveçrə istehsalı olan hərbi texnikanı Ukraynaya yönləndirmək istəyiblər, lakin Bern ölkə konstitusiyasında təsbit olunmuş neytrallıq siyasətinə istinad edərək, onlara rədd cavabı verib. İsveçrə konstitutsiyası xüsusilə, aktiv hərbi əməliyyatlar zonasına silahların ötürülməsini qadağan edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar