Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiyalar müharibəsi dünya ölkələrini dollardan imtina etməyə vadar edir...

Rusiyaya qarşı sanksiya müharibəsi dünya liderlərini dollardan imtina etmək barədə düşünməyə məcbur edib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi yazır. Nəşr qeyd edir ki, Ukraynada müharibə başlayandan və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları tətbiq edildikdən sonra dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmağa və başqa valyutalarla sövdələşmələr etməyə cəhd etməyə başlayıblar.

Agentlik yazır ki, dünyanın bir çox ölkələri üçün işğalın başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar onların dollardan asılılığının xatırladılmasına çevrilib. Dünya liderləri ictimai çıxışlarında dolların Amerikanın xarici siyasət prioritetlərini irəlilətmək və onlara qarşı çıxanları cəzalandırmaq üçün getdikcə daha çox silah kimi istifadə olunduğunu qeyd edirlər.

Sirakuza Universitetinin politoloqu Daniel Makdouell hesab edir ki, ABŞ rəsmilərinin dollardan geosiyasi məqsədlər üçün daha çox istifadə etməsi təkcə valyutanı dünya ticarətindəki payından məhrum etmək riski ilə yanaşı, son nəticədə ABŞ-ın qlobal səhnəyə təsir imkanlarını da sarsıda bilər. Dollara Qarşı Mübarizə kitabının müəllifi qeyd edib ki, ABŞ-ın maliyyə sanksiyalarına və dollara qarşı beynəlxalq əks reaksiya getdikcə güclənir.

Ekspert hesab edir ki, uzunmüddətli effektivliyi təmin etmək üçün sanksiyalardan təhdid kimi istifadə etmək və faktiki olaraq tətbiq etməmək daha yaxşıdır.

“İndi gələcəkdə belə bir vəziyyətdə nə gözlədiyini bilən rasional oyunçu bu ssenariyə hazırlaşacaq və bu, Vaşinqtonun təhdidlərini daha az təsirli edir”, deyə Makdouell Bloomberg-ə açıqlamasında qeyd edib.

Bloomberg qeyd edir ki, artıq Çində qlobal iqtisadiyyat nümayandələri dollardan imtina etməyə çalışır. Çin lideri Si Tsinpin qlobal maliyyə sistemində yuanın daha böyük təsirinə nail olmaq istəyir.

Pekinin rəqibləri də öz valyutalarından istifadə etməyə keçir. Məsələn, Hindistan apreldə Malayziya ilə rupidə ikitərəfli ticarət üçün yeni mexanizm elan edib. Daha sonra Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası regional ticarət və investisiyalar üçün üzv valyutaların istifadəsini genişləndirmək barədə razılığa gəlib. Ticarətdə yerli valyutalara keçidlə bağlı sazişlər Cənubi Koreya və İndoneziya arasında da imzalanıb. Həmçinin dolların hökmranlığına qarşı Braziliya prezidenti Lula da Silva aprel ayında Şanxaya səfəri zamanı çıxış edib.

ABŞ-ın maliyyə naziri Janet Yellen aprel ayında etiraf etmişdi ki, zamanla ABŞ valyutasının “hegemonluğunu sarsıtmaq” üçün maliyyə sanksiyalarının tətbiq edilməsində “risk” var. Yellen qeyd edib ki, dollar ehtiyat valyuta kimi istifadə olunmağa davam edir, çünki eyni xüsusiyyətlərə malik başqa valyuta tapmaq çətindir.

Müşahidəçilər bununla razılaşırlar, lakin Bloomberg qeyd edir ki, daha çox ölkə dollardan asılılığını azaltmağı planlaşdırsa da, az adam onun qlobal ticarət və maliyyədəki lider mövqeyinin tezliklə təhlükə altında olacağını gözləyir. Ekspertlərin fikrincə, dünyada eyni səviyyədə sabitlik, likvidlik və təhlükəsizlik təmin edə biləcək ikinci valyuta yoxdur. Bundan əlavə, qlobal ÜDM-in 50%-dən çoxunu təşkil edən ABŞ-ın inkişaf etmiş iqtisadiyyatlardakı müttəfiqlərinin böyük əksəriyyəti dollardan imtina etməyə tələsmir.

Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, ABŞ və ya ABŞ şirkətləri ilə əlaqəli olmayanlar da daxil olmaqla, bütün qlobal valyuta əməliyyatlarının təxminən 88%-i dollarla aparılır. Transsərhəd dollar axınına xidmət edən bankların Federal Ehtiyatda hesabları olduğu üçün onlara ABŞ sanksiyaları təsir edir.

Xatırladaq ki, Rusiya da Ukraynada müharibə başlayandan sonra mütəmadi olaraq dollarla ticarətdən imtina etmək lazım olduğunu bəyan edir. Lakin indiyədək “dost ölkələr” də daxil olmaqla, əməliyyatların əhəmiyyətli hissəsi ABŞ valyutasında aparılır. Məsələn, Hindistanla ticarətdə əməliyyatların çoxu dollarla aparılır və buna görə də Moskvanın milyardlarla dolları Hindistan bank hesablarında ilişib qalıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar