Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hərbçiləri Türkiyədə təlimi müvəffəqiyyətlə bitirib

Təlim Mərkəzini müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Poliqon.info xəbər verir ki, mərasimdə Türkiyə Respublikası daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy, Türkiyə Respublikası Jandarma Qüvvələri Komandanı Ordu generalı Arif Çətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin əməkdaşları, yüksək rütbəli zabitlər, ictimaiyyət nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Daxili işlər nazirinin müavini cənab Mehmet Ersoy çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi adından təbrik edib, hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Sonda məzunlara diplomlar təqdim edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinə diplomlar hərbi attaşe Müşfiq Məmmədov tərəfindən təqdim olunub.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşəkar komanda-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər gördüyünü, hərbi təhsil sistemini təkmilləşdirdiyini və bunun bariz nümunəsi olaraq hərbi qulluqçularımızın ölkə xaricində təhsil alaraq qazandıqları təcrübələrlə Silahlı Qüvvələrimizin inkişafına töhfə verdiyini qeyd edib.

Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcu şərəflə yerinə yetirməyin onların qarşısında duran əsas vəzifə olduğunu xatırladan polkovnik Müşfiq Məmmədov məzun olan hərbi qulluqçularımızı təbrik edərək, onlara ən səmimi arzularını çatdırıb, Silahlı Qüvvələrin inkişafı naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar