Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub...
Federasiyadan "Report"a verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.
Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumınya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın "G FLOU" klubu və "Neftçi" komandası olacaq.
Qeyd edək ki, 12-13 iyulda Şuşadakı "Tut Bağında" keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Poliqon.info