Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda taksi qiymətləri kəskin dəyişəcək...

Ölkəmizdə taksi xidməti yenidən qurulur. Bu təsərrüfat müasir standartlara uyğun formalaşdırılacaq.

Şirkət aça bilmək üçün lisenziyanın qiyməti təxmini 200-300 min manat ola bilər. 50 saz avtomobil, o avtomobillərə xidmət edən texniki personal, qaraj, avtoprofilaktika və s. olması şərtdir. Türkiyədə taksi şirkəti açmaq üçün plaka (lisenziya, nömrə) almaq1 milyon dollardır. Şərtlər beynəlxalq standartlara yaxınlaşdırılır. Bu sahədəki xaos, özbaşınalıq, vergidən yayınma və təhlükə aradan qalxmış olacaq. Əslində, yaxşıdır.

“Bolt”, “Uber” beynəlxalq şirkətlərin fəaliyyəti Azərbaycanda məhdudlaşdırıla bilər. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin APA-ya müsahibəsində də görmək olur. Bu şirkətlərə internetdən çıxış proqram bağlanır, bununla da aqreqatorların üzərindən sifariş etmək mümkün olmur. Məsələn, Türkiyədə “Uber”in fəaliyyəti bu yolla məhdudlaşdırılıb.

Bəs hökumətin bu addımı effekt verəcəkmi?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, doğrudan da bu sahədə xaos hökm sürür. O bildirib ki, bu, cəmiyyətin hər bir üzvünü narahat edir:

“Sərnişinlər də, sürücülər də narahatdırlar. Razı qalan yalnız şirkətlərdir, xüsusilə də xarici. Burada qeyri-sağlam rəqabət aparmaqla süni şəkildə qiymətləri ucuzlaşdırıblar. Bu qiymətə görə də insanlar əziyyət çəkir. Ümumiyyətlə, taksi belə ucuz olmalı deyil. Qiymətlər normal olmadığına görə, sürücülər daha artıq işləmək məcburiyyətində qalır, nəticədə yorulurlar, yuxusuz olurlar, istirahət və iş rejimləri bilinmir”.

Ekspert deyib ki, beynəlxalq təcrübədə taksi fəaliyyəti ilə bağlı çox maraqlı yanaşmalar mövcuddur:

“Yəni taksinin ümumi rəngi, sürücünün hazırlıq səviyyəsi və s. amillər var ki, çox diqqətlə yanaşılır və məsələ qayda-qanun çərçivəsində həll olunur, tənzimlənir. Sürücülərin peşəkarlığı, ünvanı yaxşı tanıması, vahid qiymət siyasəti müəyyənləşdirilir, sürücü hansı sifarişdən imtina etsin və yaxud nağd ödəniş deyilsə, “mən gəlmirəm” deməsi orada qeyri-adi hadisə kimi qarşılanır”.


Elməddin Muradlı

E.Muradlının sözlərinə görə, taksi fəaliyyəti ilə bağlı artıq dövlət tərəfindən müəyyən siyasət yürüdülür, müxtəlif qərarlar qəbul olunub:

“Bu işlə məşğul olanlar bilməlidirlər ki, bu, belə davam edə bilməzdi. Yaxın zamanlarda bəzi yeniliklərin şahidi olacağıq. Bu gün kimsə taksi fəaliyyətindən razı olduğunu deyə bilər. Amma həmin o kimsə, axşam baxırsınız ki, qiymət narazılığı edir və yaxud sosial şəbəkələrdə hökumətin hara baxdığını soruşur. Yəni baxın, razılıq edən şəxs də, günün birində narazı bir kütləyə çevrilir.

Bu, artıq “dövlət bu sahəyə bir əl gəzdirsin, nizam-intizam yaratsın” deyə cəmiyyətdən gələn bir sifarişdir. Taksi sürücüləri qaydalara əməl etməklə yanaşı, həm də öz parklarına yönəlməli, tibbi müayinədən keçməlidirlər. Bunlar nə zaman mövcud olarsa, o zaman problemin həll olunacağından danışa bilərik. Amma bu gün gözə girəcək dərcədə geniş vüsət alıb”.

Ekspert deyib ki, “Bolt” və “Uber” taksi xidmətləri beynəlxalq şirkətlərdir və dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərirlər:

“Zaman-zaman olub ki, bəzi şirkətlər müxtəlif ölkələrdə fəaliyyət göstərmək üçün müəyyən üsullara əl atıblar, korrupsiya və digər elementlər də müşahidə olunub. Hətta Fransada Makronun dövründə belə həmin şirkətlər ona müəyyən şirnikləndirici vədlər verərək, orada fəaliyyət göstərməsi üçün kömək istəyiblər. Yəni ortada böyük bir monopoliya var. Bu sahədə çox böyük pullar dövr edir. Bunların bir haqq-hesabı aparılmalıdır ki, bir çox şirkətlər ölkələrə hansı formada daxil olur və yaxud daxil olduqda həmin ölkələr qarşısında nə kimi öhdəliklər görür?! Necə olur dediyimiz şirkət gedir başqa ölkələrdə həmin ölkələrin qaydaları, qanunları çərçivəsində fəaliyyət göstərir, amma Azərbaycana gələndə öz bildiyini etməyə çalışır?! Bu, tamamilə anormal bir yanaşmadır. Düşünürəm ki, məsələni tənzimləmək lazımdır.

Həmin şirkətlər başa düşməlidirlər ki, Azərbaycanda fəaliyyət göstərirlərsə, bizim qayda və qanunlarımız çərçivəsində işləməlidirlər. Bundan başqa, onlara bir variant təqdim olunmalıdır. Belə olan halda vəziyyətdən çıxış yolları və məsələnin həllini hansı formada həll olacağını görə bilərik. Xarici şirkətdir ölkəmizə buyursun gəlsin, amma öz bildiyi formada fəaliyyət göstərəcək, ağlına gələn işləri görəcək? Xeyr. buna imkan vermək olmaz!

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar