Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ölkə 4 günlük iş rejiminə keçir...

Portuqaliyadakı solçu hökumət 100-ə qədər şirkətdə həftədə 4 iş gününə keçidlə bağlı pilot layihəyə start verib...

Poliqon xəbər verir ki, əmək, sosial müdafiə və Həmrəylik naziri Ana Mendes Qodinyonun sözlərinə görə, iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başlayıb. Layihədə iştirak könüllüdür.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsinin pilot təcrübədə 100-ə yaxın şirkətin iştirakı ilə Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacağı bildirilib.

Layihə həftədə 4 gün işlə yanaşı, həftəlik iş vaxtının 40 saatdan 32-yə endirilməsini nəzərdə tutur.

Pilot layihədə iştirak edən şirkətlər həftənin 4 günü iş təcrübəsi öncəsi, zamanı və sonrasında şirkətin məhsuldarlığı, aralıq xərcləri, işçilərin rifahı kimi məsələlərlə bağlı məlumatlarını nazirliklə paylaşaraq hesabat hazırlayacaqlar.

Portuqaliya hökuməti pilot proqramda iştirak edən şirkətləri və işçiləri öz qərarlarını verməkdə sərbəst buraxıb, onlara heç bir güzəşt və ya subsidiya nəzərdə tutmayıb.

2022-ci ilin noyabr ayında yayılan COVID-19 pandemiyasından sonra gündəmə gələn 4 günlük iş təcrübəsinə ilk başlayan ölkələrdən biri Belçika olub.

İsveç və Finlandiya kimi bəzi Şimali Avropa ölkələri də bu proqramları sınaqdan keçirir, İspaniya isə bu ilin əvvəlində 41 sənaye şirkətində həftədə 4 gün iş sınaqlarına başlayıb. İspaniyada hökumət şirkətləri bu layihədə iştiraka təşviq etmək üçün 200.000 avroya qədər pul verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar