Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin yeni hökümət... - Ərdoğanın bu Kabineti əvvəlki hökümətlərdən nəylə fərqlənəcək?

Prezident Rəcəb Tayyip Ərdoğan mayın 3-də axşam saatlarında Türkiyənin yeni hökümətini açıqlayıb...

Politoloq: “Türkiyənin yeni hökümətini Türk xalqı üçün xeyirli və uğurlu olacağını əminliklə demək olar. Bu hökümətin tərkibi texnokrat məmurlardan təşkil edilib”.

“Yeni hökümət yeni “Türk yüz ili”nə uyğun siyasət yürüdülməsini təmin etmək üçün qurulmuş kabinetdir və Türkiyə dövlətinin rəhbəri R.T.Ərdoğanın yenidən bir daha hakimiyyətə gəlməsinin mahiyyətinə uyğun fəaliyyət göstərəcək”.

Bu sözləri Azər Qasımov Türkiyədə formalaşan yeni höküməti Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ərdoğan mayın 3-də axşam saatlarında Türkiyənin yeni hökümətini açıqladı. Ümumilikdə yeni höküməti necə dəyərləndirmək olar? Bu hökümət əvvəlki hökümətlərdən nə qədər səmərəli ola bilər? Ən əsası, Kabinetdə yer alan şəxslərin fəliyyəti Türkiyə xalqı üçün pozitiv əhəmiyyətə sahib olacaqmı?

Türkiyə hökümətini yeni tərkibini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Türkiyə yenidən heç bir ajiotaja səbəb olmayan, “faiz lobbisi” və beynəlxalq maliyyə institutlarının təzyiqlərinə məruz qoyulan bir növ populist siyasətdən əl çəkib, daha praqmatik iqtisadi siyasət yürüdəcək”.

Hakan Fidanın MİT müştəşarı kimi bu regionları ən xırda detallarına kimi tanıyan adam olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Türkiyənin regional siyasətlərdə həlledici rola sahib olacağı elə də şübhə doğurmur:

“Türkiyənin yeni hökümətini Türk xalqı üçün xeyirli və uğurlu olacağını əminliklə demək olar. Bu hökümətin tərkibi texnokrat məmurlardan təşkil edilib. Hər kəs öz sahəsinin professionalıdır desək yanılmarıq.

Türkiyənin iqtisadi cəhətdən çətin günlər keçirdiyi, inflyasiyanın yüksək olduğu bir durumda Mehmet Şimşəyin maliyə naziri gətirilməsi və onun iqtisadiyyat qanunlarına uyğun ressional iqtisadi siyasət yürüdəcəyini qeyd etməsi onu göstərir ki, Türkiyə yenidən heç bir ajiotaja səbəb olmayan, “faiz lobbisi” və beynəlxalq maliyyə institutlarının təzyiqlərinə məruz qoyulan bir növ populist siyasətdən əl çəkib, daha praqmatik iqtisadi siyasət yürüdəcək.

Xüsusi maraq doğuran DİN, MİT və XİN vəzifələrinə gətirilən kadrların kimlikləri isə bu beş ildə Türkiyənin daha çevik və inamlı daxili və xarici siyasət yürüdəcəyinə işarə edir.

Müdafiə naziri Yaşar Güləri öncə Qərargah rəisi kimi yaxşı tanıyırıq. Hesab etmək olar ki, onun Azərbaycanla əlaqələri də güclüdür. Türk ordusu zatən rotasiya ilə rəhbərləri dövrü olaraq dəyişsə də, yeni rəhbərlərin münasibəti Azərbaycana eyni olub”.

Eyni zamanda politoloq Türkiyə Xarici İşlər Nazirliyində Mövlut Çavuşoğlunun MİT müstəşarı Hakan Fidanla əvəzlənməsi barədə də öz fikirlərini deyib.

Bu əvəzləmənin Türkiyənin xarici siyasətində hansı dəyişikliklərə və yeni çağırışlara səbəb ola biləcəyi sualımıza cavab olaraq Azər Qasımov bildirib ki, bu təyinat Türkiyənin Yaxın Şərqdə, Şimali Afrikada, eləcə də, Azərbaycan və Orta Asiya regionlarında daha aktiv xarici siyasət yürüdəcəyinin mesajdır:

Azər Qasımov: “Hər kəs öz sahəsinin professionalıdır desək yanılmarıq”.

“Hakan Fidanın XİN vəzifəsinə təyin edilməsi isə bir sıra mətləblərdən xəbər verir. İlk növbədə onun Ərdoğanın siyasi varisi kimliyi davamçısı olduğu iddiaları irəli sürülür. Eyni zamanda, Türkiyənin Yaxın Şərqdə, Şimali Afrikada, eləcə də, Azərbaycan və Orta Asiya regionlarında daha aktiv xarici siyasət yürüdəcəyinin mesajdır. H.Fidan MİT müştəşarı kimi bu regionları ən xırda detallarına kimi tanıyan adam olub. İndi XİN kimi bu regionlarda həlledici dövrdə qərarların verilməsi, danışıqların aparılmasında daha uğurlu olacağı ehtimal ediləndir.

Hesab edirəm ki, yeni hökümət yeni “Türk yüz ili”nə uyğun siyasət yürüdülməsini təmin etmək üçün qurulmuş hökümətdir və Türkiyə dövlətinin rəhbəri R.T.Ərdoğanın yenidən bir daha hakimiyyətə gəlməsinin mahiyyətinə uyğun fəaliyyət göstərəcəkdir. Mahiyyət isə hər kəsə məlumdur. Bu əsri Türk əsri etmək!”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar