Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə qarşımıza şərt qoymayıb - Mirzoyan

Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə heç bir ilkin şərt irəli sürməyib.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il üzrə büdcənin icrasına dair müzakirələrdə deyib.

"Hər iki tərəf dəfələrlə bildirib ki, ilkin şərt yoxdur və məqsəd münasibətlərin yekun tənzimlənməsindən ibarətdir", - Mirzoyan deyib.

Onun sözlərinə görə, dəfələrlə bir sıra yüksək vəzifəli şəxs tərəfindən bununla bağlı fikir və baxışlar səsləndirilib. Lakin Ermənistanın xarici işlər naziri yenidən qeyd edib ki, gündəlikdə həmçinin qondarma erməni "soyqırımının" tanınması və qınanması məsələsi yoxdur və indiyədək olmayıb.

Mirzoyan həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə səfərini və erməni baş nazirin ikinci sırada oturdulmasını şərh edib.

"Bu protokol məsələsidir, bütün baş nazirlər ikinci sırada oturmuşdular. Onların arasında Ərdoğan üçün mühüm şəxs olan Macarıstanın baş naziri Viktor Orban da var idi", - Mirzoyan deyib.

Mirzoyan yenidən vurğulayıb ki, bunlar protokol məsələləridir və əhəmiyyətli olub-olmadıqlarından əmin deyil.(Trend)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar