Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu İrana görə MAQATE-ni sərt tənqid etdi... - Tehran nüvə silahı əldə edə bilər?

MAQATE İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına gəldi...

Politoloq: “Mövcud şəraitdə MAQATE-nin təhqiqatı dayandırması İrana qarşı ehtimal müdaxilədən xəbər verir”.

Azərbaycan tərəfi yaxşı başa düşür ki, İranda baş verəcək ehtimal daxili və xarici toqquşma ciddi bir miqrant böhranına səbəb ola bilər. Buna görə də indidən qabaqlayıcı addımlar atır”.

Bu sözləri politoloq Turan Rzayev İsrailin baş nazirinin MAQATE-ni İrana təslim olmaqda ittiham etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi MAQATE İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına gəldi. Qərar ilk başda İranın xeyrinə görünsə də, mahiyyət etibarilə ciddi problemlər yarada bilər.

İsrailin Baş naziri Benyamin Netanyahu da Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Fordo nüvə obyektində təhqiqatı bağlamaq qərarına görə qurumun İran hakimiyyətinə təslim olmasına işarə edib.

Məlumdur ki, İran uranı 83,7%-ə qədər zəngiləşdirib. Bu göstərici günbəgün artır. Belə davam etsə, rəsmi Tehran qısa zamanda nüvə silahını əldə edə bilər.

İran nüvə silahı əldə edərsə, nələr baş verə bilər? İsrail və İranın arasında hərbi toqquşmaların olarsa, Bakının qabaqlayıcı addımları hansılar ola bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “MAQATE-nin məlum qərarı İsrailin İran obyektlərini vurması üçün əsas yaradır”.

Netenyahunun bu açıqlaması rəsmi Təl-Əvivin prosesdən narahat olduğunu göstərsə də, əslində bu qərarın İsrailin əlini gücləndirdiyini düşünən politoloq Poliqon-a bildirib ki, İsrail uzun müddətdir İrana xəbərdarlıq edir və strateji obyektlərini vuracağını bildirir:

“Əvvəla qeyd edim ki, mövcud şəraitdə MAQATE-nin təhqiqatı dayandırması İrana qarşı ehtimal müdaxilədən xəbər verir. Misal üçün, hazırda İranın uranı zəngiləşdirməsi və nüvə tədqiqatlarından ən çox narahatlıq keçirən ölkə olan İsrail MAQATE-nin bu qərarına sərt reaksiya verib.

İsrail Baş naziri Benyamin Netanyahuİran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. MAQATE-nin İrana qarşı təsirsiz davranışı İran hökmdarlarına açıq şəkildə göstərir ki, Tehran öz pozuntularına görə heç bir əvəz ödəməli olmayacaq və İran nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldada bilərlər” deyə bildirib. Bunlar çox ağır ifadələrdir və hesab edirəm ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bu ittihamlara cavab verməlidir.

Netenyahunun bu açıqlaması rəsmi Təl-Əvivin prosesdən narahat olduğunu göstərsə də, əslində bu qərar İsrailin əlini gücləndirir. Rəsmi Təl-Əviv uzun müddətdir İrana xəbərdarlıq edir və strateji obyektlərini vuracağını bildirir.

MAQATE-nin məlum qərarı İsrailin İran obyektlərini vurması üçün əsas yaradır. Bundan başqa Təl-Əvivi İran daxilindəki qeyri-sabitlikdən də istifadə edir. Müxtəlif etnik qruplar ilə təmaslar quran Təl-Əviv İranı həm daxildən, həm də xaricdən hədələyir.

Təl-Əvivin ən böyük gedişi isə şübhəsiz Taliban faktorudur. Ötən həftə ərzində gərginləşən və Talibanın təktərəfli müharibəsi ilə daha da böyüyən gərginlik hələ də davam etməkdədir. İsrailin İranın strateji obyektlərini vurmağa hazırlaşdığı bir zamanda Talibanın İrana müharibə elan etməsi bunun İsrailin kompleks planın tərkib hissəsi olduğunu göstərir.

Turan Rzayev: “Təl-Əvivin ən böyük gedişi şübhəsiz Taliban faktorudur”.

Qeyd edim ki, İsrailin İranın strateji hərbi və nüvə obyektlərini vurması və iki ölkə arasında hərbi toqquşmaların olması region ölkələri tərəfindən narahatlıqla izlənilir. Xüsusilə bu baş verərsə, bundan ən çox Azərbaycan zərər çəkə bilər.

Rəsmi Bakının İranla münasibətləri hazırda gərgin olaraq qalmaqdadır. Bununla belə, Bakı İrana ehtimalı zərbələrin öz ərazisindən edilməsinə icazə verməyəcək.

Azərbaycan tərəfi yaxşı başa düşür ki, İranda baş verəcək ehtimal daxili və xarici toqquşma ciddi bir miqrant böhranına səbəb ola bilər. Buna görə də indidən qabaqlayıcı addımlar atır. Misal üçün, bağlı olan sərhədlər fonunda rəsmi Bakının indi də Tehrana həyata keçirilən bütün uçuşları ləğv etməsi xəbərinin yayılması diqqət çəkir. Düzdür, bu xəbər hələlik rəsmi təsdiqini tapmır. Amma mümkündür ki, yaxın günlərdə belə qərar verilsin. Mümkündür ki, buna səbəb Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, itkin düşməsidir. Amma həm də indidən miqrant böhranının qarşısını almaq da ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar