Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Moskvanı Ankara ilə kompensasiya edə bilərmi?

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın prezident kimi növbəti andiçmə mərasiminə qatıldı...

Politoloq: “Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri iki ölkə arasında olan münasibətləri xeyli həlimləşdirdi”.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söz verib ki, Azərbaycan-Ermənistan münasibətləri yaxşılaşmadıqca, Türkiyə-Ermənistan münasibətləri yaxşılaşmayacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli Paşinyanın Türkiyədə Ərdoğanın andiçmə mərasiminə qatılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi iyunun 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğanın prezident kimi növbəti andiçmə mərasiminə qatıldı. Paşinyan bu addımı heç də birmənalı qarşılanmadı. Lakin görünən odur ki, Paşinyan Türkiyə ilə münaibətlərin normallaşmasında çox maraqlıdır.

Bu səfərdən sonra Türkiyə-Ermənistan münasibətlərində hansısa inkişaf gözləniləndirmi? Digər tərəfdən, Rusiyadan hər gün daha çox uzaqlaşmağa çalışan Paşinyan Moskvanı Ankara ilə kompensasiya edə bilərmi?

Türkiyə-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Ermənistan Türkiyə ilə münasibətləri qaydaya salandan sonra Ankara ilə münasibətlər Moskva ilə münasibətləri üstələyə bilər”.

Andiçmə mərasimində Ərdoğanın Azərbaycan prezidenti İlham Əlieyevə daha yaxından münasibət bəslədiyinə nəzər salan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə də Ermənistan Türkiyə ilə yaxınlaşması məsələsində Azərbaycana olan münasibətini mütləq nəzərə almalıdır:

“Türkiyə ilə Ermənistan arasında inkişaf olacaq və bu inkişaf gözləniləndir. Amma Türkiyə-Ermənistan münasibətləri Ermənistanın Azərbaycanla bağlayacağı sülh müqaviləsi ilə bağlıdır. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söz verib ki, Azərbaycan-Ermənistan münasibətləri yaxşılaşmadıqca, Türkiyə-Ermənistan münasibətləri yaxşılaşmayacaq.

Dorğudur, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə səfəri iki ölkə arasında olan münasibətləri xeyli həlimləşdirdi. Amma onu da gördük ki, andiçmə mərasimində Ərdoğan Azərbaycan prezidenti İlham Əlieyevə daha yaxından münasibət bəslədi. Buna görə də Ermənistan Türkiyə ilə yaxınlaşması məsələsində Azərbaycana olan münasibətini mütləq nəzərə almalıdır.

Hər bir dövlət öz maraqlarına uyğun hərəkət edir. Paşinyan da Rusiya ilə münasibətləri də qoruyub-saxlamağa çalışacaq. Amma Ermənistan Türkiyə ilə münasibətləri qaydaya salandan sonra Ankara ilə münasibətlər Moskva ilə münasibətləri üstələyə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar