Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Knessetin komitə sədri: "İsrail Azərbaycanı özünə dost ölkə sayır"

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb...

Milli Məclisin sədri Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Poliqona Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən Milli Məclisin sədri, Azərbaycan və İsrailin dost və tərəfdaş ölkələr olduğunu bildirib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlər münasibətlərin inkişafında müstəsna rol oynayıb.

Sahibə Qafarova Prezident İsxak Hersoqun may ayında Azərbaycana ilk rəsmi səfərini yüksək qiymətləndirib, səfərin Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafına böyük töhfə verəcəyinə inamını bildirib. Spiker, həmçinin, bu il Azərbaycanın İsraildə səfirliyinin açılmasının iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına və əməkdaşlıq üçün geniş imkanlar yaradılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə Sahibə Qafarova bildirib ki, yəhudilər və azərbaycanlılar əsrlər boyu sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Bu gün yəhudi icması ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. O, diqqətə çatdırıb ki, yəhudi icması dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri fəaliyyət göstərir. Eyni zamanda, İsraildə yaşayan yəhudi əsilli həmvətənlərimiz də ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verirlər.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında oynadığı müsbət roldan bəhs edərək, bu istiqamətdə hər iki parlamentdə qarşılıqlı dostluq qruplarının fəaliyyətini, parlament üzvlərinin səfərlərini yüksək qiymətləndirib. Spiker Sahibə Qafarova Milli Məclisin Knessetlə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulayıb. O, həmçinin deyib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında təmasların artırılması və əməkdaşlığın genişləndirilməsi qanunverici orqanlarımız arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteyn göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.

O, İsrailin Azərbaycanı özünə dost ölkə saydığını deyib. Komitə sədri əlaqələrimizin yüksələn xətt üzrə inkişafından məmnunluğunu dilə gətirərək, İsraillə Azərbaycan arasında tərəfdaşlığın xalqlarımızın mənafeyinə, sülhün və əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb. O, İsrail Prezidenti İsxak Hersoqun ötən ayın sonlarında ölkəmizə səfərini xatırladaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirib. İsraildə Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının vacibliyini vurğulayan qonaq, deyib ki, bu münasibətlərimizin daha da genişləndirilməsində mühüm rola malikdir.

Yuli Yoel Edelşteyn ölkələrimizin bir sıra sahələr üzrə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək, bildirib ki, parlamentlərimiz arasında münasibətlərin daha da inkişafı Azərbaycan və İsrail arasında münasibətlərin dərinləşməsində özünəməxsus rol oynayır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Ən çox oxunanalar