Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Avropa Rusiya təhlükəsini Ukrayna savaşına qədər başa düşmədi...

Jozep Borrel bildirib ki, Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər...

Siyasi-şərhçi: “Mənə elə gəlir ki, Jozep Borrel məsələni bir qədər tündləşdirib. Əlbəttə ki, Ukraynaya Qərbin yardımı son dərəcə vacibdir. Amma unutmayaq ki, Ukrayna xalqının özü də sıradan bir xalq deyil”.

“Artıq Ukrayna ordusu, Ukrayna dövləti yardımlara görə tamamilə səfərbər olub və müharibə demək olar ki, Rusiya ərazisinə keçməyə başlayıb”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər və bu halda Ukrayna ikinci Belarusa çevrilər. Avropa İttifaqı isə bunu istəmir.

Aİ nümayəndəsinin bu açıqlamasında həqiqət payı nə qədərdir və 70 ildən sonra Avropada cərəyan edən bu müharibənin sonucları ümumilikdə, nə vəd edir?

Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Jozep Borrelin bu bəyanatını pozitiv aspektdən də dəyərləndirmək lazımdır. Barel demək istəyir ki, Qərb Ukraynaya yardımı dayandırmamalıdırlar”.

Avropalıların böyük əksəriyyətinin məhz o müharibədən 70 il keçdiyinə görə hələ də nəyin baş verdiyini başa düşmədiklərini vurğulayan ekspert bildirib ki, onlar təcavüzün, təhlükənin dərinliyini anlamır:

“Mənə elə gəlir ki, Jozep Borrel məsələni bir qədər tündləşdirib. Əlbəttə ki, Ukraynaya Qərbin yardımı son dərəcə vacibdir. Amma unutmayaq ki, Ukrayna xalqının özü də sıradan bir xalq deyil. Ukrayna xalqı döyüş təcrübəsi, döyüşgənliyi, vətənpərvərliyi olan bir xalqdır. Bundan başqa da Ukrayna xalqı haytek millətlərə aid ola biləcək bir xalqdır.

Eyni zamanda Ukrayna sənaye, hərbi sənayesi, o cümlədən aviasiyası ilə dünyada təmsil olunan 10-15 ölkədən biridir. Əlbəttə, bunun hamısını səfərbər etmək, bərpa etmək, onu yenidən əvvəlki səviyyəyə qaytarmaq resurslar tələb edir. O da aydındır ki, dünyanın heç bir ölkəsi heç bir savaşda təkbaşına müqavimət göstərə bilməz. Amma 1-2 həftəyə Rusiyanın Ukraynanı ikinci Belarusa çevirəcəyi bir az inandırıcı görünmür.

Avropa İttifaqı da Ukraynanın ikinci Belarusa çevrilməsini istəmir. Amma Avropa Rusiya təhlükəsini Ukrayna savaşına qədər başa düşmədi. Hətta, Avropa Ukraynaya qarşı Rusiya təcavüzü başlayandan sonra da yalnız ABŞ-ın və Böyük Britaniyanın təsiri nəticəsində səfərbər olundu, Ukraynaya yardım etməyə qərar verdi. Bu qərar da çox gec verildi. Mən burada Avropa Komissiyasını nəzərdə tutmuram. Mən ayrı-ayrı dövlətləri, məsələn, Almaniyanın, Fransanın və digər ölkələrin rəhbərlərini nəzərdə tuturam.

Düşünürəm ki, avropalıların böyük əksəriyyəti məhz o müharibədən 70 il keçdiyinə görə hələ də nəyin baş verdiyini başa düşmürlər. Onlar təcavüzün, təhlükənin dərinliyini anlamır.

Ərəstun Oruclu: “Rusiyanın reallıqla hesablaşması üçün müəyyən zaman və Rusiyanın siyasi sistemində daxili ziddiyyətlərin həlli lazımdır”.

Onu da qeyd edim ki, Jozep Borrelin bu bəyanatını pozitiv aspektdən də dəyərləndirmək lazımdır. Barel demək istəyir ki, Qərb Ukraynaya yardımı dayandırmamalıdırlar. Çünki bu təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükədir. Gördüyüm odur ki, artıq Ukrayna ordusu, Ukrayna dövləti yardımlara görə tamamilə səfərbər olub və müharibə demək olar ki, Rusiya ərazisinə keçməyə başlayıb.

Bəs bu nə vəd edir? Rusiya reallıqla hesablaşmalı olacaq. Ya bu daha böyük müharibəyə, məsələn, nüvə müharibəsinə aparıb çıxaracaq, bu da çox inandırıcı görünmür. Ya da, Rusiyanın reallıqla hesablaşması üçün müəyyən zaman və Rusiyanın siyasi sistemində daxili ziddiyyətlərin həlli lazımdır”.

Nərminə UMUDLU

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar