Bazar, 24 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yük və yanacaq daşıyan maşınların paytaxta giriş və hərəkət vaxtı açıqlandı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirib...

İdarədən verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb.

İddialara cavab olaraq, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir.

İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.

Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Nazir müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - Video

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - Video

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Qarabağın separatçılardan təmizlənməsinin növbəti görüntüləri

Vardanyan: Qarabağ Azərbaycanın tam nəzarətindədir

Şəhid gizirin son arzusu yerinə yetirildi - Video

Tanınmış ilahiyyatçı İrana görə həbs edildi

Nəcməddin Sadıkovun oğurladığı 143 milyon - Məhkəmədən şok detallar...

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Ən çox oxunanalar