Bazar, 24 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyasız Cənubi Qafqaz: NATO və Türkiyənin iştirakı ilə yeni model yaradılır...

Erməni ekspert hesab edir ki, son hadisələr Moskvanın proseslərə təsirini tədricən itirdiyini göstərir...

“Cənubi Qafqaz regionunda Rusiyanın iştirakı olmadan, NATO-nun və ilk növbədə onun şərq “qayası” olan Türkiyənin fəal iştirakı ilə yeni davranış modeli yaradılır”.

Poliqon xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

Ekspert qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana missiya göndərməyə hazır olmasına baxmayaraq, İrəvan Ankara ilə telefon danışığı vasitəsilə gərginliyi azaltmağa çalışıb:

Ermənistan rəhbərliyi Nikol Paşinyanın bu yaxınlarda irəli sürdüyü, respublikanın təhlükəsizlik sahəsində yalnız bir mərkəzdən asılılığının səhv olduğu konsepsiyasını həyata keçirməkdə davam edir. Və əgər qısa müddətdə İrəvan regionda gərginliyi neytrallaşdıra, Moskvanın iştirakı olmadan Azərbaycanla sərhəddə yeni eskalasiya təhlükəsini aradan qaldıra bilsə, onda belə çıxır ki, Ərdoğanla telefon danışığı bunu mümkün edib”.

Melkonyan Ermənistanla Rusiya arasında hərbi və hərbi-texniki proqramların tədricən məhdudlaşdırılmasını qeyd edib. Hazırda Hindistan əsas hərbi-texniki tərəfdaş kimi Rusiyanı tədricən əvəz edir, İrəvanı əsasən NATO parametrlərinə uyğun silahlarla təmin olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Nazir müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - Video

Qarabağın separatçılardan təmizlənməsinin növbəti görüntüləri

Şəhid gizirin son arzusu yerinə yetirildi - Video

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - Video

Vardanyan: Qarabağ Azərbaycanın tam nəzarətindədir

Tanınmış ilahiyyatçı İrana görə həbs edildi

Nəcməddin Sadıkovun oğurladığı 143 milyon - Məhkəmədən şok detallar...

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Ən çox oxunanalar