Bazar, 24 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin ABŞ-ın iki müdafiə şirkətinə qarşı sanksiyalar tətbiq edib

Çin Tayvana silah tədarükü ilə bağlı Amerikanın hərbi sənaye şirkətləri "Northrop Grumman" və "Lockheed Martin"ə qarşı sanksiyalar tətbiq edib...

Poliqon xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

“Çin yuxarıda adı çəkilən iki ABŞ müdafiə şirkətinə sanksiya tətbiq etmək qərarına gəlib”, deyə XİN rəsmisi bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi sanksiya tədbirlərinin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Diplomat qeyd edib ki, Amerika silahlarının Tayvana çatdırılmasında "Lockheed Martin" və "Northrop" Grumman iştirak edib. Əlavə edib ki, Çin hökuməti milli suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmində sarsılmazdır.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall Çinin ABŞ ilə potensial münaqişə üçün silahlı qüvvələrini gücləndirdiyi barədə xəbərdarlıq etmiş və belə bir ssenariyə hazırlığa başlamağa çağırmışdı.

Poliqon.info


Etiket: Çin ABŞ Sanksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Nazir müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - Video

Qarabağın separatçılardan təmizlənməsinin növbəti görüntüləri

Şəhid gizirin son arzusu yerinə yetirildi - Video

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - Video

Vardanyan: Qarabağ Azərbaycanın tam nəzarətindədir

Tanınmış ilahiyyatçı İrana görə həbs edildi

Nəcməddin Sadıkovun oğurladığı 143 milyon - Məhkəmədən şok detallar...

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Ən çox oxunanalar