Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Korotçenko: Ermənistan Rusiyaya kürəyindən zərbə vurub

Nikol Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqosferi Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko öz teleqram kanalında yazıb.

O, Ermənistanda hakimiyyətyönlü bloqer Roman Baqdasaryanın Paşinyan administrasiyasının göstərişi işə Rusiyanın birinci şəxslərinin ünvanına təhqiramiz bəyanatlar səsləndirməsinə diqqət çəkib.

"Baqdasaryanın çıxışının tezisləri Ermənistanın baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam üst-üstə düşür. Üstəlik, Baqdasaryan Simonyanın tezislərini kopyalayıb, yaradıcı şəkildə inkişaf etdirməklə qeyri-normativ leksikadan istifadə edərək xüsusən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə hücum edib.

Rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyasının Ermənistanda "Eagle Partner 2023" adlı erməni-amerikan hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının fəal anti-Rusiya təxribat işi fonunda baş verməsi olduqca diqqətə layiqdir.

Eyni vaxtda erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələri vəziyyəti gərginləşdirmək üçün demək olar hər gün silahlı təxribatlar təşkil edirlər.

Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına, zirehli texnikasına və sülhməramlı kontingentin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətləri də qeyd edilir.

İstisna etmək olmaz ki, Moskva və İrəvan arasında dərinləşən siyasi böhran fonunda separatçılar tərəfindən RusiyaAzərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi ilə Rusiya sülhməramlılarına qarşı genişmiqyaslı silahlı təxribat baş verə bilər.

Xüsusilə qeyd etmək lazımdır ki, Kremlin bütün səyləri xüsusi hərbi əməliyyat problemlərinin həllinə və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib", rusiyalı ekspert vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Cildən gətirilən “qara daş”ın möcüzəsi - Video

Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

Kəlbəcərdə şəhid olan əsgərimiz harada dəfn olunacaq?

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin qələbə seriyasına son qoyulub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır - Fotolar

Hakan Fidan Ankaradakı terror aktına cəhdi pisləyib - Yenilənib

Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

Ən çox oxunanalar