Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesablama Palatası prokurorluğa müraciət edib: Dövlət Xidmətində maliyyə pozuntusu aşkarlanıb...

Hesablama Palatası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətində pozuntu aşkar edib, işi prokurorluğa göndərib...

Poliqon xəbər verir ki, Hesablama Palatası Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəliyyitətindəki pozuntularla bağlı işi prokurorluğa göndərib.

Hesablama Palatasının məlumatında bildirilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə (bundan sonra – Xidmət) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22214,1 min manat vəsait əhatə olunub.

Auditlə əhatə olunan dövrdə Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9%-nin (3809 abidə) pasportlaşması təşkil edilməmiş, 94,7%-nin (4102 abidə) mühafizə zonaları təyin edilməmiş, 86,1%-nin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməmiş, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq edilməmiş, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməmiş, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.

Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidən qurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib.

Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olmuş, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Cildən gətirilən “qara daş”ın möcüzəsi - Video

Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin qələbə seriyasına son qoyulub

Hakan Fidan Ankaradakı terror aktına cəhdi pisləyib - Yenilənib

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır - Fotolar

Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

Qarabağ erməniləri öz müqəddəratlarını müəyyən etdilər - Video

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - Foto

Ən çox oxunanalar