Bazar, 24 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Casusluqda ittiham edilən şəxsin məhkəməsi başlayıb

Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən Mohammad Ghaedinin cinayət işi üzrə hazırlıq iclası keçirib...

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, toplanılmış çoxsaylı sübut əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Poliqon.info


Etiket: məhkəmə cəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Nazir müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır - Video

Qarabağın separatçılardan təmizlənməsinin növbəti görüntüləri

Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri təqdim edib - Video

Şəhid gizirin son arzusu yerinə yetirildi - Video

Vardanyan: Qarabağ Azərbaycanın tam nəzarətindədir

Nəcməddin Sadıkovun oğurladığı 143 milyon - Məhkəmədən şok detallar...

Tanınmış ilahiyyatçı İrana görə həbs edildi

Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - Siyahı

Ən çox oxunanalar