Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ərazisində yerləşdirilən qanunsuz erməni silahlılarının sayı məlum olub

10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir...

"Report" xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Diqqətə çatdırılıb ki, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb.

"10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur",- brifinqdə qeyd olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Cildən gətirilən “qara daş”ın möcüzəsi - Video

Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin qələbə seriyasına son qoyulub

Hakan Fidan Ankaradakı terror aktına cəhdi pisləyib - Yenilənib

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır - Fotolar

Qarabağ erməniləri öz müqəddəratlarını müəyyən etdilər - Video

Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - Foto

Şəhid Vüsal Orucov Qusarda dəfn edilib - Yenilənib ,Foto

Ən çox oxunanalar