Bazar, 01 Oktyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhriyar Məmmədyarovdan Levon Aronyana: “Sifarişli “gediş” etdin"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab verib...

Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və buna imkan verməz”.

Bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov “Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb.

“Levon, mən məhz düzünü yazmaq istəyirəm! Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.

Birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları parallel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq”.

O qeyd edib ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır:
“Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur və sadəcə yüklər yoxlanılır. Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyi”ni nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax, bu əsl vəhşilikdir!

Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlı, o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə doğma yurdlarından qaçqın düşüb.
Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm, yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.

Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə,sifarişli “gediş” etdin”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Araik yaxın günlərdə Bakıya gətiriləcək - Polkovnik açıqlandı 

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - Video

Movses Akopyan: “Azərbaycan məni də tələb edəcək”

BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Cildən gətirilən “qara daş”ın möcüzəsi - Video

Avtomobili geriyə hərəkət etdirən sürücü yaşlı qadının ölümünə səbəb oldu

Kəlbəcərdə şəhid olan əsgərimiz harada dəfn olunacaq?

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin qələbə seriyasına son qoyulub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb

Milli Qəhrəman Riad Əhmədovun adını indi nəvəsi daşıyır - Video

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır - Fotolar

Ən çox oxunanalar