Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konkordia Sammiti çərçivəsində ABŞ iş adamları ilə görüşüb...
“Böyük bir hədəfimiz var, zəlzələdən ziyan çəkən bölgələrimizdə 1-2 il ərzində yaşayış yerləri inşa edəcəyik”.
"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konkordia Sammiti çərçivəsində ABŞ iş adamları ilə görüşündə deyib.
“Fevralın 6-da baş verən zəlzələdən sonra Mərakeş və Liviyada baş verən fəlakətlərin acısını bilirik. 50 min insanı itirdik, istəyirik ki, evi dağılan vətəndaşlarımız tez bir zamanda öz evlərində məskunlaşsınlar”, - Ərdoğan bildirib.
Türkiyə lideri onu da vurğulayıb ki, ölkəsi yardımla bağlı Mərakeş və Liviyaya müraciət edib:
“Sürətli yardım göstərməyə hazırıq dedik, Mərakeşdən cavab almadıq, Liviyadan cavab aldıq. 3 təyyarə və 3 gəmi göndərdik. İstənilən halda hər cür yardım göndərməyə hazır olduğumuzu bildirdik”.
Poliqon.info