Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti dünya rekordu - Köçkünlərin sayı 120 milyonu ötüb...

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İdarəsi dünyada məcburi köçkünlərin sayı ilə bağlı tarixi rekordları qeyd etməyə davam edir...

Poliqon xəbər verir ki, məcburi köçkünlərin sayı 2023-cü ilin sonundakı 117,3 milyondan aprelin sonuna qədər 120 milyona yüksəlib. Bu, dünyanın ən çox əhalisi olan 12-ci ölkəsinə bərabərdir və təxminən Yaponiya əhalisi ilə eynidir.

UNHCR əməliyyat məlumatlarına əsasən köçkünlərin sayının 120 milyonu ötdüyünü təxmin edir. İnsanlar təqiblərdən, münaqişələrdən, zorakılıqlardan, insan hüquqlarının pozulmasından və ictimai asayişi pozan hadisələrdən qaçmağa məcbur olublar.

2023-cü ildə artım 2022-ci ilin sonu ilə müqayisədə 8% və ya 8,8 milyon nəfər təşkil edib. Göstərici 12-ci ildir ki, artmaqdadır. 43,4 milyon insan öz ölkələrini tərk etmiş qaçqın, 68,3 milyonu isə məcburi köçkündür. Təxminən 6,1 milyon insan əvvəlki yaşayış yerlərinə qayıdıb.

2023-cü ildə ən böyük köçkünlük Sudandakı münaqişə ilə bağlı olub (6 milyondan çox insan). Konqo Demokratik Respublikasında il ərzində 3,8 milyon insan, Qəzza zolağında 1,7 milyon, Myanmada 1,3 milyon, Əfqanıstanda 740 min, Suriyada 140 mindən çox qaçqın düşüb.

Qaçqınların 3/4-ü Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Sudandandır. 2023-cü ildə Ukraynadan gələn qaçqınların sayı 5% artaraq 6 milyon nəfərə çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar