Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslar Çinin dövlət şirkətinə qarşı 20 milyon dollarlıqdələduzluq edib

Çinin dövlət şirkəti rusiyalı tərəfdaşların saxtakarlığı nəticəsində 20 milyon dollar zərər çəkib. Çindən bir şirkət tərəfindən sifariş edilən mis partiyası sadəcə olaraq yoxa çıxıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat verib.

2023-cü ildə 580 milyard yuan (80 milyard ABŞ dolları) satış nəzərdə tutan "Wuchan Zhongda Group Co." Rusiyanın bir polad zavodundan 2000 ton təmizlənmiş mis alıb. Sifariş keçən ay çatdırılmalı idi. Lakin nəşrin mənbələrinə görə, məhsul heç vaxt limana çatmayıb.

Əvəzində metal daha ucuz qranit kimi qeydə alınıb və daşınmanı həyata keçirən gəmiçilik şirkətinin qeydlərinə görə, ehtimal ki, Türkiyədə sona dayanıb. Çin şirkətinin əməkdaşları baş verənləri araşdırmaq üçün Rusiyaya səfər ediblər, lakin yuxarıda adı çəkilən polad zavodunun harada yerləşdiyini dəqiq müəyyən edə bilməyiblər.

Şərqi Zeyanq əyalətində yerləşən "Wuchan Zhongda" şərh verməkdən imtina edib. Hadisənin qlobal nəticələrinin olması ehtimalı az olsa da, bu, beynəlxalq metal ticarətinə və onun nüfuzuna son zərbədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar