Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonun Cənubi Qafqazda aktivləşməsi regiona necə təsir edir?

Son zamanlar ABŞ rəsmilərinin Cənubi Qafqaz regionuna səfərləri intensivləşib...

Politoloq: “İstər ABŞ, istər Avropa ölkələri olsun, bu regiona yad olan istənilən ölkənin regiona müdaxiləsi arzuolunmayan nəticələrə gətirib çıxaracaq”.

“Regiondakı bütün məsələlər region ölkələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində həll olunacaq məsələlərdir. Buna kənar dövlətlərin müdaxiləsi yolverilməz”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev ABŞ-ın Cənubi Qafqazda aktivləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar ABŞ rəsmilərinin Cənubi Qafqaz regionuna səfərləri intensivləşib və bu xüsusda, Vaşinqton Afropa ölkələrini arxa sıraya sıxışdırdığı hiss olunur.

ABŞ-ın hazırda Cənubi Qafqazda yürütdüyü siyasəti konstuktiv və region ölkələrinə qarşı prioriteti qorumaqla bərabərhüquqlu əməkdaşlığa can atan siyasət kimi dəyərləndirmək olar? Yoxsa, Vaşinqtonun Cənubi Qafqazda aktivləşməsi regiona daha çox ziyan vurur?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Mümkün qədər istər ABŞ, istərsə də Avropa ölkələrini regiondan kənarda tutmaq lazımdır”.

Artıq Qərbdən gələn təşəbbüslərdə biz Avropanın ABŞ-dan geri qaldığını, ABŞ-ın daha çox önə çıxdığının şahidi olduğumuzu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, belə hadisələr ABŞ-da istər daxili, istərsə də xarici siyasət müstəvisində hər seçki zamanı olur:

“İstər ABŞ, istər Avropa ölkələri olsun, bu regiona yad olan istənilən ölkənin regiona müdaxiləsi arzuolunmayan nəticələrə gətirib çıxaracaq. Regiondakı hadisələr həmin ölkələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həll olunmalıdır. ABŞAvropa ölkələri Cənubi Qafqazdakı məsələlərlə dəfələrlə birtərəfli qaydada müdaxilə etməyə cəhd edinlər. Amma heç bir nəticə əldə etməyiblər. Məsələn Minsk Qrupu 30 il müddətində heç bir iş görə bilmədi və bu vasitəçi qurumun qeyri-obyektiv fəaliyyəti Qərbin regiondakı imicinə ağır zərbə vurdu.

ABŞ-ın Cənubi Qafqazda aktivləşməsinin səbəbi şübhəsiz ki, prezident seçkiləri ilə bağlıdır. Xüsusilə də, ABŞ-ın dövlət katibi Entoni Blinken beynəlxalq siyasətdə önə çıxmağa çalışır. Bu tək Cənubi Qafqaz məsələsində deyil, digər məsələlərdə də belədir. Məsələn ABŞ son zamanlar Yaxın Şərqdə Fələstin-HƏMAS müharibəsi ilə bağlı öz aktivliyini artırıb. Eyni zamanda ABŞ digər məsələlərdə də beynəlxalq müstəvidə öz aktivliyini yüksəldir.

Zeynal Əmrəliyev: “Regiondakı bütün məsələlər region ölkələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində həll olunacaq məsələlərdir. Buna digər dövlətlərin müdaxiləsi yolverilməzdir”.

Buna görə də, artıq Qərbdən gələn təşəbbüslərdə biz Avropanın ABŞ-dan geri qaldığını, ABŞ-ın daha çox önə çıxdığının şahidi oluruq. Belə hadisələr ABŞ-da istər daxili, istərsə də xarici siyasət müstəvisində hər seçkilər zamanı olur. Daxili siyasətdə Bayden administrasiyası miqrantlara qarşı sərt qanunların qəbul edilməsinə hazırlaşır.

Mümkün qədər istər ABŞ, istərsə də Avropa ölkələrini regiondan kənarda tutmaq lazımdır. Çünki regiondakı bütün məsələlər region ölkələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində həll olunacaq məsələlərdir. Buna digər dövlətlərin müdaxiləsi yolverilməzdir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar