Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərin ümumtəhsil məktəblərində “son zəng” çalındı

İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində "Son zəng" tədbirləri təşkil olunub...

Poliqon xəbər verir ki, keçirilən “son zəng” tədbirlərində məktəblərin pedaqoji kollektivləri və məzunlarla birlikdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, valdeynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu il rayonun ümumtəhsil məktəblərində 784 nəfər şagird 1-ci sinfi, 975 nəfər şagird 9-cu sinfi, 759 nəfər şagird isə 11-ci sinfi bitirir.

Tərtər şəhər 1, 5, 6 saylı tam orta məktəblərində və 2 saylı məktəb-liseydə keçirilən son zəng tədbirlərində iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov onbirinciləri məzun adı almaqları münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edərək, onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar diləyib, təhsilə olan dövlət qayğısından danışıb, Ulu Öndərin təhsilin inkişafına, müəllimlərə göstərdiyi diqqət və qayğını dilə gətirib, ”Təhsil millətin gələçəyidir”,-kəlamını yada salıb,

Elvin Umudov Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğının bu gün respublika prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, onların ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildirib. Rayonumuzda təhsil sahəsində əldə edilən uğurlardan və görülən işlərdən ətraflı danışıb. Qeyd edib ki, biz bunu öz rayonumuzun timsalında da görürük. Rayonumuzda 432 şagird yerlik Xoruzlu, 320 şagird yerlik Azad Qaraqoyunlu kənd, 360 şagird yerlik şəhər 5 saylı tam orta məktəbləri istifadəyə verilib. Hazırda Bəyimsarov kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.
Elvin Umudov məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.

Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkilləri çəkilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar