Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var...

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub...

Məhəmməd Əsədullazadə: “Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozması hökumətin sülh planına qarşı olanların işidir”.

“30 ildir ki, Ermənistan ordusunda generalitet Rusiya Hərbi Kəşfiyyatı ilə sıx bağlıdır. Proseslər göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın sülh planına qarşıdır və hökumətin Azərbaycanla normal əlaqələr siyasətini dəstəkləmir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində təxribatlar törətməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Uzun müddətdir davam edən nisbi sakitlikdən sonra Ermənistanın vəziyyəti gərginləşdirməkdə məqsədi nə ola bilər?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları kövrəkdir və Nikol Paşinyanın təhlükəsizliyi tam təmin ediləcəksə, sülhə imza atacaq”.

Nikol Paşinyan həm Kilsə, həm də orduda təmizlik aparmasa, bu qüvvələrin birləşib, Ermənistanda təxribatlara əl atacaqlarını proqnoz edən politoloq əlavə edib ki, Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışacaqlar:

Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozması hökumətin sülh planına qarşıdır. Ermənistan ordusu Naxçıvanla sərhəddə iki gündür atəşkəsi mütəmadi pozur. Ötən gün Baş nazir Nikol Paşinyan sülh mətnin hazır olduğunu və bir ay ərzində sazişin bağlana biləcəyini qeyd etdi. Səhərisi Ermənistan silahlı qüvvələri sərhəddə təxribatlara əl atdı. Görünür, Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var. Baş nazir orduda revanşist qurupu zərərləşdirə bilmir.

Ümumiyyətlə, 30 ildir ki, Ermənistan ordusunda generalitet Rusiya Hərbi Kəşfiyyatı ilə sıx bağlıdır. Proseslər göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın sülh planına qarşıdır və hökumətin Azərbaycanla normal əlaqələr siyasətini dəstəkləmir. Bu qüvvələr təlimatı Rusiya Hərbi Baş Kəşfiyyatindan təlimatlar alır və 30 il ərzində Azərbaycana qarşi işğalın arxasında hansı qüvvənin olduğu məlumdur. Həmin “qüvvədir” ki, Nikol Paşinyan sülhdən danışanda silahlar Azərbaycana qarşı işə düşür.

Nikol Paşinyan həm Kilsə, həm də orduda təmizlik aparmasa, bu qüvvələr birləşib, Ermənistanda təxribatlara əl atacaqlar. Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışacaqlar. ABŞ Ermənistan da gedən prosesləri görür. Ona görə də hər həftə rəsmilər Yerevana səfər edir. Azərbaycanla Ermənistan arasında sülh danışıqları kövrəkdir və Nikol Paşinyanın təhlükəsizliyi tam təmin ediləcəksə, sülhə imza atacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar