Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya Rusiyaya qarşı sanksiya tətbiq edib

Tokio Rusiyadan olan 11 fiziki şəxs və 42 şirkəti sanksiyalar siyahısına əlavə edib...

Yaponiya hökuməti ALROSA, ASC “Tupolev” və Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib. Ümumilikdə yeni məhdudiyyətlər 11 fiziki şəxsə və 42 şirkətə şamil edilib.

Poliqon xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

Sanksiyalar, o cümlədən, Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və Mərkəzi Seçki Komissiyasının digər beş üzvü, Taktik Raket Silahları Korporasiyasının rəhbəri Boris Obnosov, Uralvaqonzavodun baş direktoru Aleksandr Potapov, şirkətin baş konstruktorunu əhatə edib.

Bundan əlavə, Yaponiya Çin, Hindistan, BƏƏ, Özbəkistan və Qazaxıstandan olan 11 şirkət və təşkilata qarşı sanksiyalar tətbiq edir. Onlar Rusiyaya qarşı qoyulan məhdudiyyətlərdən yayınmaqda ittiham olunurlar. Sanksiya siyahısına Çin “Alpha Trading Investments”, “Guangzhou Ausay Technology” və “Shenzhen Biguang Trading” daxildir.

Qeyd edək ki, aprel ayında Yaponiya İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasına 164 kateqoriya üzrə malların ixracını qadağan edib. Məhdudiyyətlər mineral yanacaqlara, polad məmulatlarına və elektrik avadanlıqlarına da təsir edib. Mayın 10-dan Yaponiya sənaye xarakterli olmayan Rusiya almazlarının idxalına da qadağa qoyub. Elə həmin ay Yaponiya hakimiyyəti 9 rus təşkilatını sanksiya siyahısına əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar