Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Yeni dünya düzənin bir qütbü də məhz Türk Dövlətlərinin Hərbi İttifaqı olacaq...

Avrasiya məkanında NATO və KTMT-nin analoqu olan hərbi blok yaradılması mümkündür?..

İlyas Hüseynov: “Yaxın gələcəkdə məhz Türk Dövlətləri Təşkilatı çərçivəsində və yaxud Türk Dövlətləri Təşkilatının bir bölməsi olaraq təhlükəsizlik, hərbi təchizat formalaşacaq”.

“Əgər Türk Dövlətləri Təşkilatı öz quruluşuna görə sosial-iqtisadi dəyərləri birləşdirirsə, artıq təbi olaraq siyasi və təhlükəsizlik amillər də ortaya çıxır”.

Bu sözləri politoloq İlyas Hüseynov regionda NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılması təklifini Poliqon-a şərh edərkən qeyd edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətin nümayəndəsi, Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmonaliev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb.

Bu ideyanın reallaşması nə qədər mümkündür?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Türk dövlətləri arasında NATO və KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü getdikcə güclənir”.

Artıq ayrı-ayrı Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin artı birgə təhlükəsizlik məsələlərinin önə çıxarılmasını yaxşı hal kimi qəbul edən politoloq Poliqon-a bildirib ki, bu çox yaxşı amildir və müəyyən zamandan sonra reallaşması mümkündür:

“Vətən müharibəsindən sonra Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq daha da genişlənib. Şübhəsiz ki, Vətən müharibəsinin yaratdığı yeni geosiyasi dialoqlar böyük bir çoğrafiyada tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verib. Əgər Türk Dövlətləri Təşkilatı öz quruluşuna görə sosial-iqtisadi dəyərləri birləşdirirsə, artıq təbii olaraq siyasi və təhlükəsizlik amilləri də ortaya çıxıb. Məhz bu xüsusda, artıq ayrı-ayrı Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin artı birgə təhlükəsizlik məsələlərinin önə çıxarılmasını yaxşı haldır və düşünürəm ki, Avrasiya məkanında müəyyən zamandan sonra Türk Dövlətlərinin hərbi ittifaqının yaranması mümkündür.

Bu və ya digər formada Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər qarşısında duran təhlükə, təhdidlər də oxşardır. Buna görə də, NATO və KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü getdikcə güclənir. Cənab Prezident İlham Əliyev də buna oxşar bir təşəbbüslə çıxış etmişdi, fikirlər söyləmişdi. Hesab edirəm ki, “Zəngəzur dəhlizi”nin istifadəyə verilməsindən sonra Türk Dövlətlərinin Hərbi İttifaqının yaranması daha da artacaq. Digər tərəfdən Ukrayna müharibəsinin məntiqi sonluğundan sonra da belə bir ittifaqın yaranması zərurətə çevriləcək. Türk dövlətlərinin özlərini müdafiə etmək hüquq var və düşünürəm ki, onların hərbi blokda birləşməsi də müəyyən zamandan sonra qacınılmaz olacaq.

“Orta Dəhliz”, “Zəngəzur dəhlizi” kimi böyük bir çoğrafiyada nəqliyyat dəhlizini həyata keçirirən ölkələrin belə bir ittifaq yaratması da mühüm əhəmiyyət kəsb edir. Ona görə də mən hesab edirəm ki, Ukrayna müharibəsindən sonra formalaşacaq yeni dünya düzənin bir qütbü də məhz Türk Dövlətlərinin Hərbi İttifaqı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar