Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Ermənistan heç bir zaman ABŞ üçün İsrail ola bilməyəcək...

ABŞ Dövlət Departamentinin Ermənistana marağı hər gün daha da artmaqdadır...

Politoloq: “Ermənistan sadəcə ABŞ üçün Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün geosiyasi bir alətdir”.

“Hələ də Cənubi Qafqaz uğrunda ciddi mübarizə gedir və bu mübarizənin nəticələri əhəmiyyətli şəkildə Azərbaycan-Ermənistan münasibətlərindən asılı olacaq”.

Bu sözləri politoloq Natiq Miri ABŞ rəsmilərinin dalbadal Ermənistana səfər etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Son 10 gündə Ermənistana anti-Azərbaycan mövqeli ABŞ rəsmiləri dalbadal səfər edib. Diqqət çəkən məsələlərdən biri də odur ki, ABŞ Dövlət Departamentinin Ermənistana marağı hər gün daha da artmaqdadır və İrəvana gələn ABŞ rəsmiləri Ermənistanla strateji əməkdaşlıqdan danışırlar.

Bəs, ABŞ-Ermənistan strateji əməkdaşlığı ABŞ-İsrail tərəfdaşlığə səviyyəsinə qədər inkişaf etdirilə bilər? Digər tərəfdən, ABŞ-ın Gürcüstanda fiaskoya uğraması fonunda Dövlət Departamentinin Ermənistanda bu qədər aktivləşməsi regionda balansı dəyişmək gücünə sahib ola bilərmi?

ABŞ-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Ermənistan sadəcə geosiyasi bir alətdir və Cənubi Qafqazda balansı dəyişmək üçün yetərli güc mərkəzi deyil. Bunu ABŞ da anlayır”.

ABŞ-Ermənistan münasibətlərinin balansı dəyişə biləcəyini düşünməyən politoloq Poliqon-a bildirib ki, sadəcə bu balansın dəyişməsi və ABŞ-ın mövqelərinin güclənməsi üçün Ermənistan istifadə olunan alətdir:

“Əvvəla, Ermənistan heç bir zaman ABŞ üçün İsrail ola bilməyəcək. Çünki İsrail dövləti ABŞ üçün tamamilə fərqli statusda çıxış edir. Bu yeri də Ermənistan tuta bilməz. Ermənistan sadəcə ABŞ üçün Cənubi Qafqazda öz mövqelərini gücləndirmək üçün geosiyasi bir alətdir. Buna görə də, burada Ermənistanın əhəmiyyətindən danışmaq doğru olmaz. Ermənistan Cənubi Qafqazda ən zəif bənd olduğu üçün məhz Ermənistan üzərindən bu oyunlar qurulub.

Düşünürəm ki, Gürcüstanda hələlik proses bitməyib. Yəni Gürcüstanda Qərb-Rusiya kontekstində gedən bu mübarizə bitməyib. Bildiyimiz kimi, payızda Gürcüstanda parlament seçkiləri var. Yalnız bu parlament seçkilərinin nəticələrindən sonra konkret danışmaq olacaq. Ayrıca hələ də, Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri tənzimləyə biləcəyi iddiasındadır. Ancaq hər bir halda, düşünürəm ki, indiki vəziyyətdə Qərb-Rusiya qarşıdurması kontekstində Rusiya 1-0 öndədir. Amma bu o demək deyil ki, həmişə belə olacaq.

Ermənistan Rusiyanın orbitindən uzaqlaşmaq və Qərbə inteqrasiya istiqamətini götürdüyünü gizlətmir, bu proses gedir. Doğrudur, Rusiyanın nüvəsi olduğu təşkilatlardan rəsmi qaydada heç bir çıxış yoxdur. Ancaq bunlar prespektiv məsələlərdir. Buna görə düşünürəm ki, hələ də Cənubi Qafqaz uğrunda ciddi mübarizə gedir və bu mübarizənin nəticələri əhəmiyyətli şəkildə Azərbaycan-Ermənistan münasibətlərindən asılı olacaq.

Natiq Miri: “Ermənistanın yeganə təhlükəsizlik çətiri və çıxışı Qərb dünyası deyil, regiondakı dövlətlərdir”.

Dediyim kimi, Ermənistan sadəcə geosiyasi bir alətdir və Cənubi Qafqazda balansı dəyişmək üçün yetərli güc mərkəzi deyil. Bunu ABŞ da anlayır. Əks təqdirdə, ABŞ Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması istəməzdi. ABŞ anlayır ki, Azərbaycan və Türkiyə ilə sülh, əməkdaşlıq mühiti olmadan Ermənistanı regionda qorumaq mümkün olmayacaq. Çünki 10 min kilometrlərlə məsafədən kimsə regiona gəlib, Ermənistanı müdafiə edə bilməz.

Buna görə də, Ermənistanın yeganə təhlükəsizlik çətiri və çıxışı Qərb dünyası deyil, regiondakı dövlətlərdir. Burada da, əsas açar ölkə Azərbaycan və qardaş Türkiyədir. Düşünmürəm ki, ABŞ-Ermənistan münasibətləri balansı dəyişə bilər. Sadəcə bu balansın dəyişməsi və ABŞ-ın mövqelərinin güclənməsi üçün Ermənistan istifadə olunan alətdir.

Hələlik, proses gedir. Nəticə nədən ibarət olacağı, hələlik qeyri-müəyyəndir. Çünki ortada Azərbaycanla Ermənistan arasında sülh mövcud deyil. Sabah bu prosesin sülh deyil, əksinə eskalasiya şəkildə inkişaf etməyəcəyinə də kimsə zəmanət verə bilməz. Çünki Ermənistanın davranışları indiki vəziyyətdə heç də sülhə imkan vermir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar