Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Qafanda konsulluq açmaq istəyi və Rusiya-Ermənistan münasibətiləri...

Rusiyanın Qapanda konsulluq açmasını çox istəyən Ermənistan hökuməti indi bunu istəmir...

Politoloq: “Əgər Ermənistan Rusiyanın Qafanda konsulluq açmasına razı olmasa, Rusiya narazı qalacaq və buna görə Moskva İrəvana qarşı siyasi təzyiqlər edə bilər”.

Ermənistanla Rusiya artıq sənədlər üzərində müttəfiqdirlər. Gələn ildən başlayaraq Ermənistan Rusiya ilə müttəfiqlik əlaqələrini rəsmi şəkildə aşağı sala bilər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Qafanda konsulluq açmaq istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya yaxın vaxtlarda Qafanda konsulluq aça bilər. TASS Agentliyinin xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib ki, yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq. Lakin belə görünür ki, əvvələr Rusiyanın Qapanda konsulluq açmasını çox istəyən Ermənistan hökuməti indi bunu istəmir.

Konsulluqla bağlı iki ölkə arasında daha əvvəl əldə olunan razılaşma pozularsa, eyni zamanda Ermənistan KTMT-dən çıxarsa, iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin qorunub saxlanılmasına ehtimal vermək olar?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Gələn il Ermənistan de-yure KTMT-dən çıxacaq”.

Cənubi Qafqazda yeni bir siyasi nizamın yarandığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu siyasi nizam Rusiyanın regiondan uzaqlaşması deməkdir:

Ermənistanla Rusiya arasında siyasi böhran davam edir və Ermənistan tərəfindən müttəfiqlik birtərəfli şəkildə dondurulub. Əvvələr Ermənistan hesab edirdi ki, Azərbaycan Zəngəzura hücum edə bilər. Buna görə də, Rusiyanın Qafanda konsulluq açmağını istəyirdilər. İndi isə Rusiya Qafanda konsulluq açmaq istəyir, amma Ermənistan buna razı deyil. Əgər Ermənistan Rusiyanın Qafanda konsulluq açmasına razı olmasa, Rusiya narazı qalacaq və Moskva İrəvana qarşı siyasi təzyiqlər edə bilər.

Eyni zamanda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün addımlar atacaq. Ermənistanın baş naziri bununla bağlı artıq müəyyən fikirlər də səsləndirib. Rəsmi İrəvan artıq KTMT-in topantılarına qatılmır. Bu da onu göstərir ki, Ermənistan təşkilatda fəaliyyətini tamamilə dondurub. Hesab edirəm ki, gələn il Ermənistan de-yure KTMT-dən çıxacaq. Ümumiyyətlə, Ermənistanla Rusiya artıq sənədlər üzərində müttəfiqdirlər. Gələn ildən başlayaraq Ermənistan Rusiya ilə müttəfiqlik əlaqələrini rəsmi şəkildə aşağı sala bilər.

Cənubi Qafqazda yeni bir siyasi nizam yaranır. Bu siyasi nizam Rusiyanın regiondan uzaqlaşması deməkdir. Regionda ABŞ, həmçinin Türkiyə öz geosiyasi mövqeyini gücləndirir. Fransa da Ermənistan vasitəsilə regiona daxil olmaq istəyir.

Göründüyü kimi, artıq Cənubi Qafqaz böyük güclərin geosiyasi maraq dairəsindədir və toqquşma mərkəzlərindən birinə çevrilib. Bunun günahkarı isə Ermənistandır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar