Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

Türk əsilli prezident ilə İranın bundan sonrakı türk ölkələriylə bağlı siyasəti necə olacaq?..

Politoloq: “İran rejimi əgər onu gözləyən təhlükələri hiss edib Pezeşkianı hakimiyyətə gətirməklə dünyaya açılmaq fikrindədirsə, onda hansısa yeniliklər gözləmək olar”.

“Hesab edirəm ki, İran ən azı bundan sonra əvvəlki İran olmayacaq”.

Bu sözləri politoloq Azər Qasımov İranın Türk Dövlətləri Təşkilatına üzv olma ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İranda uzun illərdən sonra türk əsilli siyasətçi prezident oldu. Belə ki, Məsud Pezeşkian ikinci turda Səid Cəlilini məğlub edərək İranın IX prezidenti oldu.

Bəs, İranın bundan sonrakı türk ölkələri ilə bağlı siyasətində hansısa dəyişikliklər gözləniləndir? İranın regional layihələrdə daha aktiv iştirak edə bilməsi üçün Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olma ehtimalı varmı?

İranın bundan sonrakı siyasətini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “İranın Türk Dövlətləri Təşkilatında iştirak etmək məsələsi isə hələlik tezdir. Amma gələcəkdə bu mütləq olacaq”.

Yeni prezidentin ilk icraatlarına əsasən müəyyən fikirlərin formalaşacağını vurğulayan politoloq eyni zamanda sual edib ki, İran rejiminin yeni prezidentin icraatlarına münasibəti necə olacaq? Bu sualın cavabı maraqlı olacaq ki, müəyyən fikir formalaşsın:

İranda Prezident seçkiləri bir çoxları üçün gözlənilməz nəticə ilə başa çatıb. Azərbaycan əsilli namizəd Pezeşkianın prezident seçilməsini İran azərbaycanlıları kimi Azərbaycanda da sevinclə qarşılayanlar oldu. Təbii ki, bu hadisəni uzun zamandan sonra İranda azərbaycanlıların yenidən hakimiyyətə gəlməsi kimi də dəyərləndirdilər.

Hesab edirəm ki, hələ tələsməyə səbəb yoxdur. İran Ali dini rəhbərliyinin sözünün əsas olduğu bir rejimdə prezidentlik institutunun ancaq icraedici məqam olduğunu da nəzərə alaraq hələ qəti bir fikir demək tezdir. Məsələ ondadır ki, bu proses irəli də gedə bilər. Azərbaycanlı əhalinin mövqelərini gücləndirə də bilər, ya da onlarda xəyal qırıqlığı yarada bilər. Amma yenə də ümidlə bu prosesə yanaşmaq lazımdır.

Azər Qasımov: “Azərbaycanlı əhalinin mövqelərini gücləndirə də bilər, ya da onlarda xəyal qırıqlığı yarada bilər”.

İran rejimi əgər onu gözləyən təhlükələri hiss edib Pezeşkianı hakimiyyətə gətirməklə dünyaya açılmaq fikrindədirsə, onda hansısa yeniliklər gözləmək olar. Bura azərbaycanlılara istədikləri ana dilində təhsil, qadınlara yönəlik dini tələblərin yüngülləşdirilməsi və dövlət səviyyəsində Qərblə əlaqələrin düzəldilməsi kimi.

Hesab edirəm ki, İran ən azı bundan sonra əvvəlki İran olmayacaq. Yeni prezidentin ilk icraatlarına əsasən müəyyən fikirlər formalaşacaq. Eyni zamanda İran rejiminin yeni prezidentin icraatlarına münasibəti necə olacaq? Bu, maraqlı olacaq ki, müəyyən fikir formalaşsın.

İranın Türk Dövlətləri Təşkilatında iştirak etmək məsələsi isə hələlik tezdir. Amma gələcəkdə bu mütləq olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar