Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Orbanın Avropa İttifaqının rəhbərlərinə göndərdiyi məktubdan belə çıxır ki, Rusiya sülh üçün sadəcə Ukraynanın kapitulyasiyasını tələb edir...

Siyasi-şərhçi: “Hər kəsə bəllidir ki, Viktor Orban Putinin Avropa Birliyindəki xüsusi nümayəndəsi də adlandırıla bilər”.

“Bunlar nədənsə özlərini inandırıblar ki, Tramp ABŞ-da prezident olacaq və bunula da hər şey Orbanların, Putinlərin istədiyi qaydada gedəcək”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Macarıstanın Rusiya-Ukrayna danışıqlarında üst səviyyəyə çıxmasını Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar KiyevMoskvada yüksək ranqlı rəsmilər tərəfindən danışıqlar və vasitəçilər məsələsi gündəmə gətirilir. Digər tərəfdən Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstan bu məsələ ətrafında fəaliyyətini üst səviyyəyə çıxarıb. Orbanın Avropa İttifaqının rəhbərlərinə göndərdiyi məktubdan isə belə çıxır ki, Rusiya sülh üçün sadəcə Ukraynanın kapitulyasiyasını tələb edir.

Əslində, Çinin də dəstəklədiyi bu tələbin reallaşması nə qədər mümkündür?

Macarıstanın baş nazirinin son addımlarını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Avropa Birliyinin rəsmiləri göstərmək istədilər ki, onlar Orbanın Rusiya ilə birgə niyyətini başa düşürlər. Buna görə də, onlar kifayət qədər sərt şəkildə bəyanatlar verdilər”.

Orbanın Putinlə görüşünə verilən reaksiyalardan əslində heç Qərb də Putinlə danışıqlara hazır olmadığının göründüyünü vurğulayan ekspert Poliqon-a bildirib ki, bu gün danışıqlardan daha çox söz açanda da məhz Putindir:

“Əslində Macarıstanın baş naziri Orbanın tamam başqa missiyası var. Hər kəsə bəllidir ki, Viktor Orban Putinin Avropa Birliyindəki xüsusi nümayəndəsi adlandırıla bilər. Bu adam açıq-aşkar NATO, Avropa Birliyi düşərgəsində durub Rusiyaya xidmət göstərir. Orbanın səfərində məqsədi o idi ki, Avropa Birliyində olan vəzifəsindən istefa edib, Rusiyaya xidmət göstərsin.

Onun Rusiyaya xidmət göstərməkdə məqsədinin nə olması başqa mövzunun predmetidir. Amma səfərin məhz indiki dönəmdə, yəni NATO-nun Vaşinqton sammiti ərəfəsində baş verməsi təsadüfi deyildi. Orban bunu Putinin tapşırığı ilə edirdi. Məhz buna görə də, Orbanın səfərindən Avropa Birliyinin bütün rəsmiləri, Cozep Borrel, Şarl Mişel, Fon der Leyen də imtina etdilər və bildirdilər ki, onun belə səlahiyyəti yoxdur. Həqiqətən də, Orbanın elə səlahiyyəti yoxdur. Avropa Birliyinin rəsmiləri göstərmək istədilər ki, onlar Orbanın Rusiya ilə birgə niyyətini başa düşürlər. Buna görə də, onlar kifayət qədər sərt şəkildə bəyanatlar verdilər.

Orbanın missiyasının Rusiyanın, ardınca da Çinin Ukraynanın kapitulyasiyasını istəməsinə cavab olaraq NATO bildirdi ki, gələn il Ukraynaya 40 milyard yardım olacaq. Bunlar nədənsə özlərini inandırıblar ki, Tramp ABŞ-da prezident olacaq və bunula da hər şey Orbanların, Putinlərin istədiyi qaydada gedəcək. Amma hətta, Tramp prezident olacaqsa belə, ABŞ, NATO, Avropa Birliyi geri çəkilməyəcək. Çünki bu böyük geosiyasi mübarizədir. Rusiyanın eksponsionist davranışlarının qarşısı mütləq alınmalıdır. Bu barədə artıq Qərbdə sözün həqiqi mənasında bir kollektiv mövqe formalaşıb. Bu mövqeni də Orbanlar, Putinlər poza bilməzlər. Verilən bəyanatların fa mahiyyəti bu idi.

Ərəstun Oruclu: “Heç bir halda Rusiyanın tələbləri qəbul olunmayacaq. Bu qeyri-mümkündür. Hətta, Qərb Ukraynanı məcbur etsə belə, Ukrayna buna getməyəcək”.

Bunun ardınca NATO-nun sammitinin başladığı ərəfədə Rusiyanın Kiyevə, Ukraynanın digər şəhərlərinə, onların mülki infrastrukturuna barbarcasına hücumu, onlarla insanların qətlə yetirilməsi güc nümayişi idi. Amma əminəm ki, bu da əks effekt verəcək. Ona görə də, artıq Qərb də Rusiya ilə Ukraynaya yeni hücum edəndəki Qərb deyil. Mövqelər kifayət qədər aydındır. Artıq orada fərqli mövqe nümayiş etdirən ölkələr demək olar ki, yoxdur. Təbii ki, oradan Orban kimilərini çıxsaq belə deyə bilərik.

Bu böyük müharibədir və burada güzəşt olmayacaq. Buna görə də, heç bir halda Rusiyanın tələbləri qəbul olunmayacaq. Bu qeyri-mümkündür. Hətta, Qərb Ukraynanı məcbur etsə belə, Ukrayna buna getməyəcək. Amma inanmıram ki, Qərb Ukraynanı məcbur etsin. Çünki burada geri çəkilən məğlub hesab olunur. Məhz Putin də bilərəkdən belə ağır şərtlər öz aləmində irəli sürüb.

Orbanın Putinlə görüşünə verilən reaksiyalardan da göründü ki, əslində heç Qərb də Putinlə danışıqlara hazır deyil, heç danışmaq da istəmirlər. Bu gün danışıqlardan daha çox söz açanda da Putindir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar