Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başqırdıstan müftisi niqab qadağasına qarşıdır: Bu, dini etiqad azadlığını pozacaq...

İctimai yerlərdə dini geyim geyinməyi qadağan edən qanunun qəbulu Rusiyada müsəlmanların hüquqlarını və dini etiqad azadlığını pozacaq...

Poliqon xəbər verir ki, bunu Başqırdıstan müftisi Aynur Birqalin öz "Telegram" kanalında ölkədə niqab taxmağın qadağan olunması ilə bağlı müzakirələri şərh edərkən bildirib.

Onun fikrincə, belə qadağaların tətbiqi Rusiyanın əsas konstitusiya prinsiplərinə ziddir. Müfti Konstitusiyanın vicdan və dini etiqad azadlığını təmin edən 28-ci maddəsinə istinad edib.

Birqalin qeyd edib ki, niqab kimi geyim müsəlmanların dini və mədəni kimliyi üçün vacibdir və hökumət orqanları hər kəsin dini mənsubiyyətini sərbəst ifadə etmək hüququna hörmət etməlidir.

Dini lider hesab edir ki, bu cür qadağaların həyata keçirilməsi Rusiyada ksenofobiyanın artmasına səbəb ola bilər.

Mayın 28-də Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Dumaya qanun layihəsi təqdim etdiyini, ona görə Rusiya vilayətlərinin hakimiyyət orqanlarının ictimai yerlərdə və təhsil müəssisələrində niqab taxmağın qadağan edilməsi ilə bağlı müstəqil qərar qəbul etməli olduğunu bildirib.

İyunun sonunda Dağıstanın rəhbəri Sergey Melikov respublikada niqab taxmağın əleyhinə çıxış edib və qeyd edib ki, bu geyim Qafqaz xalqlarına xas deyil. O, münasibətini xüsusilə təhlükəsizlik səbəbi ilə izah edib. İyulun 3-də Dağıstan Müftiliyi niqab taxmağın qadağan edildiyini açıqlayıb.

İyulun 4-də Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bölgədə niqab taxmağı müvəqqəti qadağan etmək qərarına gəlib.

Niqab göz istisna olmaqla, üzü tamamilə örtən qadın baş geyimidir. İndi onu yalnız İslam nümayəndələri geyinirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar