Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pezeşkian “Hizbullah”ı və Yaxın Şərqdəki İrana bağlı müqavimət hərəkatını dəstəkləyəcək...

Məsud Pezeşkian prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasını verib...

Politoloq: “Məsud Pezeşkianın hakimiyyətə gəlməsi İranın uzun illər boyu yürütdüyü prosesi əldən buraxacağını düşünmək sadəlövlük olardı”.

“Bu İranın ümumi dövlət siyasətidir. Buna görə də, Pezeşkian da “Hizbullah”ı və regiondakı müqavimət hərəkatını dəstəkləyir, bu belə də davam edəcək”.

Bu sözləri politoloq Samir Hümbətov İranın yeni prezidentinin xarici siyasətlə bağlı ilk açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Məsud Pezeşkian prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın “Hizbullah”ı və regionda müqavimət hərəkatını (HƏMAS, husilər və Suriya, İraqdakı milislər nəzərdə tutulub) dəstəkləməyə davam edəcəyini bildirib. Pezeşkian dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib.

Demək olarmı ki, Məsud Pezeşkian bu açıqlamasıyla Ali dini lider və onun ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirib, yoxsa bu elə İran islahatçılarının xarici siyasət kursudur? Ümumiyyətlə, İrandakı islahatçı qanadın xarici siyasət kursu mühafizəkarların xarici siyasət xəttindən nəylə fərqlənir?

İrandakı islahatçı qanadın xarici siyasət xəttini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Yenə də İranın əsas maliyyə vəsaitlərinin bu qruplara axını davam edəcək”.

İranın bu qruplarla Yaxın Şərq və Şimali Afrikada özünün təsir imkanlarını saxlamağa çalışdığını xatırladan politoloq Poliqon-a bildirib ki, Tehran müəyyən mənada da bunu bacarır:

“Pezeşkian islahatçıların nümayəndəsidir. Bu günə qədər islahatçılardan hakimiyyətdə olub və onlar da İranda bu qrupları dəstəkləyiblər. Bu İranın ümumi dövlət siyasətidir və islahatçılar da bu siyasətin davamçılarıdır. Buna görə də, Pezeşkian da “Hizbullah”ı və Yaxın Şərqdəki İrana bağlı müqavimət hərəkatını dəstəkləyir, bu belə də davam edəcək.

İranda islahatçılarla, mühafizəkarların xarici siyasətdə fərqi odur ki, islahatçılar Qərblə əlaqələrin qurulmasına, dərinləşməsinə maraqlıdırlar. Onlar Qərblə müəyyən məsələri müzakirə etmək istəyirlər və bundan nəticə də çıxarmağa çalışırlar. Bu hər şeydən əvvəl İranın iqtisadi blokadadan çıxmasına kömək edə bilər. Amma mühafizəkarlar Qərblə münasibətlərə fərqli yanaşırlar. Mühafizəkarlar Qərbdən asılı olmayaraq İranın öz yolunu davam etməsinin tərəfdarıdırlar. Onlara görə iqtisadi blokada İranın müstəqilliyini və qüdrətini artırır.

Samir Hümbətov: “İranda siyasi kursu Ali Dini Lider təyin edir. Buna görə də, İranın xarici siyasətində ciddi dəyişiklik gözləməyək”.

Ona görə də Məsud Pezeşkianın hakimiyyətə gəlməsi İranın uzun illər boyu yürütdüyü prosesi əldən buraxacağını düşünmək sadəlövlük olardı. Yenə də İranın əsas maliyyə vəsaitlərinin bu qruplara axını davam edəcək. Əslində İran bu qruplarla Yaxın Şərq və Afrikada özünün təsir imkanlarını saxlamağa çalışır və Tehran müəyyən mənada da bunu bacarır.

Buna görə də, düşünmürəm ki, Pezeşkianın hakimiyyəti dövründə nəysə dəyişə bilər. Pezeşkian özü Azərbaycan türkü olduğu üçün, ola bilsin ki, Türk dünyası ilə əlaqələrə xüsusi diqqət yetirsin. Yəni əlaqələrin inkişaf etməsinə və güclənməsinə maraq göstərə bilər.

Onsuz da İranda siyasi kursu Ali Dini Lider təyin edir. Buna görə də, İranın xarici siyasətində ciddi dəyişiklik gözləməyək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar