Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Vaşinqtonda NATO-nun 75 illiyi münasibəti ilə yubiley sammiti keçirilir...

Politoloq: “Ukrayna-Rusiya müharibəsi bir çox dövlətlərdə, eyni zamanda Rusiyada və Ukraynanı müdafiə edən Qərb ölkələrində, həmçinin Avroatlantik məkanın ən güclü hərbi təşkilatı olan NATO-da bir çox boşluqların olduğunu ortaya çıxardı”.

“Əslində, gücü idarə edə bilmək üçün mütləq mənada hər bir güc özünün zəif yerlərini müəyyən və idarə edə bilməlidir. Bu gün NATO rəhbərliyi bunu anlayırsa və bütün boşluqları doldurub müasir çağırışlar tələbinə uymağa çalışırsa, əlbəttə, bu NATO adına daha da güclü təşkilat deməkdir”.

Bu sözləri politoloq Natiq Miri NATO-nun 85 illik yubileyini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Vaşinqtonda NATO-nun 75 illiyi münasibəti ilə yubiley sammiti keçirilir.

NATO-nun hazırkı vəziyyətini necə dəyərləndirmək olar və Şimali Atlantika Alyansı müasir çağırışlara cavab verir?

NATO-nun indiki və gələcək perspektivlərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Doğrudur, müəyyən problemlər mövcuddur. Məsələn, ABŞ-da prezident hakimiyyətindəki iqtidar dəyişərsə, Tramp hakimiyyətə gələrsə, NATO-nun digər üzv ölkələri yenə də sıxışdırılmağa davam edəcək”.

Ukrayna-Rusiya müharibəsindən, güclü Finlandiya və İsveç kimi dövlətləri də üzvlüyünə alandan sonra NATO-nun daha da gücləndiyini və Rusiya sərhədlərini daha da əhatələməyi bacardığını vurğulayan politoloq əlavə edib ki, buna görə də, sadəcə NATO-nun parçalanması və zəifləməsinə Putin siyasətinə hesablanıbsa, bu bir yalnış siyasət olacaq:

“Ukrayna-Rusiya müharibəsi bir çox dövlətlərdə, eyni zamanda Rusiyada və Ukraynanı müdafiə edən Qərb ölkələrində, həmçinin Avroatlantik məkanın ən güclü hərbi təşkilatı olan NATO-da bir çox boşluqların olduğunu ortaya çıxardı. Keçirilən NATO sammitində də əsas məqsəd sadəcə NATO-nun gələcək taktiki və strategiyasını müəyyənləşdirmək deyil, eyni zamanda bütün risk amillərini qarşılamaq, boşluqları doldurmaq və hər an təhlükəli çağırışlara hazır olmağı hədəfləyir.

Düşünürəm ki, 75 illik yubileydə də NATO-nun buraxdığı bir çox səhvlər və nəzərə almadığı bir çox məqamlar var ki, bütün bu məsələlərin bərpa olunması, müasir çağırışlara hazır olması üçündür. Bu yöndə addımlar atılır. Nə qədər effektiv olacağını gələcək prespektiv göstərəcək. Ancaq NATO-nun ciddi hazırlaşdığı silah təhcizatı, eyni zamanda müdafiə sahəsində silah istehsalı müasir müharibəni apara bilmək üçün indiki silahlardan daha dolğun istifadə və bir çox məsələlər nəzərə alınır. Bu da təcrübədə Rusiya-Ukrayna müharibəsində ortaya çıxdı.

Əslində, gücü idarə edə bilmək üçün mütləq mənada hər bir güc özünün zəif yerlərini müəyyən və idarə edə bilməlidir. Bu gün NATO rəhbərliyi bunu anlayırsa və bütün boşluqları doldurub müasir çağırışlar tələbinə uymağa çalışırsa, əlbəttə, bu NATO adına daha da güclü təşkilat deməkdir.

Natiq Miri: “ABŞ-da keçirilən son yubiley sammitdə də hiss olunur ki, NATO daha da sıx birləşməyə, güclənməyə meyillidir”.

Doğrudur, müəyyən problemlər mövcuddur. Məsələn, ABŞ-da prezident hakimiyyətindəki iqtidar dəyişərsə, Tramp hakimiyyətə gələrsə, NATO-nun digər üzv ölkələri yenə də sıxışdırılmağa davam edəcək. Tramp NATO üzvü digər ölkələrin NATO-nun büdcəsinə daha çox maliyyə vermələrini tələb edir. Çünki təhlükəsizliyin baha olduğunu və bu məsələnin təkcə ABŞ-ın üzərinə qoyula bilməyəcəyini hər zaman bəyan edir. Bu yöndə də NATO üzvlərinə təsir edir.

Ancaq düşünürəm ki, bu yöndə də müəyyən inkişaflar var. Əgər əvvələr hər bir üzv dövlətin ümumi daxili məhsulun iki faizi tələb edilirdisə, indi artıq üç faizə qədər maliyyənin NATO büdcəsinə verilməsi razılaşdırılır və bu gələcəkdə arta da bilər. Çünki Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi. Buna görə də, Rusiyanın bu cür təhdidləri Qərb ölkələrini, NATO-nu qorxutmaq əvəzinə, əksinə daha da möhkəmləndirməyə xidmət edir.

ABŞ-da keçirilən son yubiley sammitdə də hiss olunur ki, NATO daha da sıx birləşməyə, güclənməyə meyillidir. Onu da nəzərə alsaq ki, Ukrayna-Rusiya müharibəsindən, güclü Finlandiya və İsveç kimi dövlətləri də üzvlüyünə alandan sonra NATO daha da gücləndi və Rusiya sərhədlərini daha da əhatələməyi bacardı. Buna görə də, sadəcə NATO-nun parçalanması və zəifləməsinə Putin siyasətinə hesablanıbsa, düşünürəm ki, bu bir yalnış siyasət olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar