Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orbandan NATO sammitində Ərdoğana dəstək

"Türkiyə Rusiya-Ukrayna müharibəsində döyüşən tərəflər arasında uğurla vasitəçilik edən yeganə ölkədir"...

Bunu Macarıstanın Baş naziri Viktor Orban özünün "X" sosial şəbəkə hesabından yazıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sülh missiyasında mühüm tərəfdaş adlandırıb.

Hökumət başçısının mətbuat katibi Bertalan Havaşi, öz növbəsində, Vaşinqtonda (ABŞ) keçirilən NATO sammiti çərçivəsində Ərdoğan və Orbanın görüşdükləri barədə məlumat yayıb.

"Baş nazir Viktor Orban Vaşinqtonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın sülhməramlı missiyası barədə danışıqlar aparıb. Söhbət zamanı Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. Viktor Orban Türkiyənin münaqişədə hələlik yeganə uğurlu vasitəçi olduğunu nəzərə alaraq, Macarıstanın sülhməramlı missiyasına dəstək verməsini xahiş edib", - deyə o bildirib.

Yeri gəlmişkən, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi görüş barədə məlumat yayıb. Bildirilib ki, iclasda, həmçinin, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmilər iştirak ediblər.

Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasını, həmçinin, regional və qlobal problemləri, o cümlədən Rusiya-Ukrayna müharibəsində sülh səylərini müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinə və Aİ ilə əlaqələrin inkişafına dəstək verəcəyinə ümid edir.

Poliqon.info

 


Etiket: Orban Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar