Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə maneədir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb....

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, beynəlxalq tədbirlər zamanı təmasların əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın perspektivlərini aktuallaşdırdığı vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, xüsusilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən ətraflı bəhs olunub.

Mövcud regional vəziyyət və reallıqlar, AzərbaycanErmənistan arasında normallaşma və sülh prosesi, geniş mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hərbiləşmə siyasətinin sülh gündəliyinə təhdid törətdiyini diqqətə çatdırıb. Sülh sazişi üzrə danışıqlar barədə məlumat verən nazir Ceyhun Bayramov sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddialarının davamlı sülh üçün maneə olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar