"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib...
Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Norviç"dən Qabriel Saranı transfer edib.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" braziliyalı futbolçu üçün 18 milyon avro ödəyəcək.
Qeyd edək ki, Sara ötən mövsüm "Norviç"lə Çempionşipdə 46 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.
Poliqon.info