Ağ Evin Milli Təhlükəsizlik Müşavirinin müavini Conatan Fayner ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirdiyini açıqlayıb...
Poliqon xəbər verir ki, xüsusilə, söhbət Hərbi Dəniz Qüvvələrinin əlavə qırıcılarından və döyüş gəmilərindən gedir.
"Ümumi məqsəd regionda temperaturun aşağı salınması, bu hücumların qarşısını almaq və onlardan müdafiə olunmaq və regional münaqişədən qaçmaqdır", deyə ABŞ rəsmisi Reuters-ə istinadən bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail istənilən mümkün hərəkətlərə hazırlaşır. Fayner qeyd edib ki, aprel ayında İranın İsrailə raket-pilotsuz hücumundan sonra regional müharibə üçün çox mümkün təhlükə var idi. O əlavə edib ki, Vaşinqton oxşar vəziyyətin yenidən yaranacağı təqdirdə hazır olmaq istəyir.
Qeyd edək ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehrnda öldürülb. İran buna görə İsraili ittiham edib və qisas alacağını bildirib. Bir sıra ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Kanada, Azərbaycan öz vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırıb. Ukrayna artıq 30 vətəndaşını Livandan təxliyə edib.
Bundan sonra İsrailə qarşı yeni irimiqyaslı hücumun hazırlanması ilə bağlı məlumatlar ortaya çıxıb. Bəzi mənbələrə görə, İsrailin Tişa Beav bayramını qeyd etdiyi avqustun 12-13-ü ola bilər, bəzilərinə görə isə atəşə bu gün, avqustun 5-də start veriləcək. Kütləvi informasiya vasitələri İsrailin iki istiqamətdən çoxgünlük atəşə hazırlaşdığını yazır.
Poliqon.info