Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VHP sədri ATƏT-in seçki missiyasını qəbul etdi - Foto

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında 1 sentyabr növbədənkənar parlament seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib.

S.Rüstəmxanlı VHP-nin seçki təcrübəsi, 1 sentyabrda keçiriləcək parlament seçkilərində partiyanın iştirakı, qeydə alınmış namizədlər haqda qonaqlara ətraflı məlumat verib.

Qarşıdan gələn seçkilərdə də VHP-nin uğuruna əminliyini bildirən partiya sədri vətəndaşların seçki fəallığı ilə bərabər yerli və xarici müşahidəçilərin fəaliyyətinin də seçki prosesində böyük rol oynadığını qeyd edib.

Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib.

Görüşdə missiya rəhbərinin müavini Elissavet Karagiannidou və siyasət üzrə analitik Noemi Arçidiakono, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli iştirak edib.

Poliqon.info

Fotolar




Etiket: VHP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib

Ən çox oxunanalar