Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçikada bu dəfə də polislər mitinq etdi

Belçikada minlərlə polis “polisə olan zorakılığa qarşı” aksiya təşkil edib...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə polislər bir həmkarlarının bıçaqlı hücumda ölməsindən sonra polislərə olan zorakılığa qarşı yürüş təşkil edib.

Belçikanın müxtəlif şəhərlərindən minlərlə polis Brüsseldə Şimal Qatar Vağzalının qarşısına toplaşıb. Şüarlarla yürüş edən polis şəhər mərkəzindəki Arts-Loi qovşağında yürüşünü başa vurub.

Birlik nümayəndələri baş nazir Aleksandr de Kroonun rəhbərlik etdiyi Açıq VLD Partiyasının qərargahında qəbul edilib.

Yürüşlə əlaqədar səhər saatlarından şəhərdə nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Qeyd edək ki, noyabrın 10-da Şarbik rayonunda bir polis bıçaqlı hücum nəticəsində həlak olmuşdu.

Keçən il bir həftə çəkdi

Belçika polisi keçən ilin eyni günlərində qiymət artımı və pensiya hüquqlarına görə təxminən bir həftə etiraz aksiyaları keçirdi.

Polis 2000-ci ildən bəri maaşlarının artırılmamasına və 2030-cu ilə qədər vəzifələrindən asılı olmayaraq, bütün polislərin vəzifəsini “ağır vəzifə” kateqoriyasından çıxarılaraq, pensiya yaşının 67-yə qaldırılmasına etiraz etmişdi. Nümayişlərin sonunda isə polisin maaş artımı tələbi yerinə yetirilmişdi.

pia.az


Etiket: Belçika

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Pompeo: Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar