Çərşənbə, 19 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, ölkəsi İranın şimal-qərbində qəzaya uğrayan iranlı rəsmiləri daşıyan helikopterdən gələn siqnalları qeydə almayıb...

“Report” xəbər verir ki, bu barədə “İHA” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, baş verənlərlə bağlı ilk xəbərləri alandan dərhal sonra Türkiyə vəziyyəti izləməyə başlayıb:

İran Türkiyə hava axtarış-xilasetmə mütəxəssislərinin məsuliyyəti zonasındadır. Bununla bağlı havada və dənizdə bütün siqnalları izləyirlər. Birinci mərhələdə biz helikopterin siqnal verib-verməməsinə nəzarət etdik və İran tərəfi ilə əlaqə yaratdıq. Hesab edirik ki, siqnal sistemi söndürülüb, yaxud helikopter onunla təchiz olunmayıb, çünki bizə heç bir siqnal gəlməyib və onlar bizim tərəfimizdən qeydə alınmalıdır”.

Nazir helikopterin qalıqlarını məhz Türkiyəyə məxsus “Akıncı” pilotsuz uçan aparatının tapdığını vurğulayaraq, bu hadisənin naviqasiyanın vacibliyini sübut etdiyini qeyd edib. Uraloğlunun sözlərinə görə, helikopter qəzasında mümkün kriminal çalarlardan danışmaq tezdir.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Tural Müseyibov işdən çıxarıldığını təkzib edib - Yenilənib

İki ölkə Ruttenin NATO-nun Baş katibi olmasına qarşıdır

Avro-2024: Türkiyə ilk matçında qələbə qazandı 

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı, ölənlər var

Ərdoğan və Paşinyan Türkiyə-Ermənistan münasibətləriini müzakirə ediblər

Polşa dövləti ermənini İnterpol xətti ilə beynəlxaq axtarışa verdi - Foto

Ermənistanda "Daşnaksütyun"un 5 nümayəndəsi həbs edildi

Verma İrəvana ABŞ-ın hansı təklifini gətirib?

MN-dən Fransaya xəbərdarlıq: Ermənistanın silahlandırılması yeni müharibəyə aparan yoldur

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib - Foto

Ən çox oxunanalar